Redaktor
Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə əlaqədar qəbul etdiyi 21-ci sanksiyalar paketi çərçivəsində 14 kriptovalyuta platforması və əlaqəli qurumla Aİ-yə bağlı fiziki və hüquqi şəxslərin əməliyyat aparmasını qadağan edib.
Valyuta.az xəbər verir ki, bu barədə blokçeyn analitik şirkəti TRM Labs məlumat yayıb.
Sanksiya siyahısına "HTX", "EXMO", "Rapira", "Aifory Pro", "ABCeX", "WhiteBird", "NoOnecrypto", "Tradex", "Monease", "BitPapa", "Exnode/Exnode Pay", "A7 Nigeria", "A7 Africa" və "PilotFinance" platformaları daxil edilib.
Məlumata görə, sözügedən platformalar Gürcüstan, Panama, Birləşmiş Ərəb Əmirlikləri, Marşal adaları, Qırğızıstan və Belarus kimi ölkələrdə fəaliyyət göstərir. Aİ hesab edir ki, bu platformalar Rusiyaya qarşı tətbiq olunan sanksiyaların aşılmasını asanlaşdıran maliyyə və kripto infrastrukturunun bir hissəsidir.
Aİ-yə daha geniş qadağa səlahiyyəti verilib
Yeni sanksiyalar paketi yalnız konkret şirkətlərlə məhdudlaşmır. Qərara əsasən, Aİ Rusiyanın sanksiyalardan yayınmasına kömək edən platformalara ev sahibliyi edən üçüncü ölkələrə qarşı da daha geniş məhdudiyyətlər tətbiq edə biləcək.
Belə ki, zəruri hesab edilərsə, Aİ-də fəaliyyət göstərən qurumlarla müəyyən ölkədəki bütün kriptoxidmət təminatçıları arasında əməliyyatlar tamamilə qadağan oluna bilər.
Aİ Şurası bildirib ki, bu addım sanksiyaların pozulmasına şərait yaradan kripto infrastrukturuna ev sahibliyi edən ölkələr üçün ciddi çəkindirici mexanizm rolunu oynayacaq.
Son dörd ilin ən geniş sanksiya paketi
21-ci sanksiyalar paketi yalnız kriptovalyuta sektorunu əhatə etmir. Paket çərçivəsində ümumilikdə 218 fiziki və hüquqi şəxs sanksiya siyahısına əlavə olunub. Onlardan 48-i fiziki şəxs, 170-i isə şirkət və digər qurumlardır.
Bundan əlavə, 94 bank və iri maliyyə qurumunun aktivləri dondurulub, 33 Rusiya maliyyə təşkilatı ilə əməliyyatlara qadağa qoyulub. Həmçinin Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi iddia edilən A7 şəbəkəsi ilə əlaqəli daha dörd qurum da sanksiya siyahısına daxil edilib.
Yeni qərarlarla Aİ-nin Rusiyanın ənənəvi bank sisteminə alternativ kimi istifadə etdiyi iddia olunan kriptovalyuta infrastrukturu və sərhədlərarası maliyyə vasitəçilərinə təzyiqi daha da artırdığı qeyd olunur.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026