Redaktor
Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “TABİA Group” və “Lankaran Springs Wellness Resort” Hotelin tərəfdaşlığı ilə həyata keçirilən 5-ci “YAŞAT” düşərgəsinin altıncı həftəsi çərçivəsində “Rabitəbank” ASC tərəfindən şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil olunub.
Təlim Rabitəbankın uşaqlarda erkən yaşlardan maliyyə savadlılığını inkişaf etdirmək məqsədilə hazırladığı Kartmane Junior kartı və Rabita Junior mobil tətbiqi çərçivəsində təşkil olunub. İştirakçılar təlim zamanı Kartmane Junior kartının üstünlükləri və Rabita Junior tətbiqinin funksiyaları ilə tanış olub, şəxsi büdcənin idarə edilməsi, qənaət vərdişlərinin formalaşdırılması, təhlükəsiz kart istifadəsi, rəqəmsal ödənişlər və kibertəhlükəsizlik mövzularında praktiki biliklər əldə ediblər.
Praktiki nümunələr və müzakirələrlə zəngin keçən təlimin sonunda uşaqlar arasında bilik yarışı təşkil olunub. İştirakçılar öyrəndiklərini əyləncəli formatda sınamaq imkanı əldə edib. Sonda bütün düşərgə iştirakçılarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Kartmane Junior uşaqların ilk bank kartı təcrübəsini təhlükəsiz və məsuliyyətli şəkildə qazanmaları üçün hazırlanıb. Kartla birlikdə təqdim olunan Rabita Junior isə Azərbaycanda uşaqlar üçün yaradılmış ilk maliyyə mobil tətbiqidir. Platforma valideynlərə övladlarının maliyyə əməliyyatlarını nəzarətdə saxlamağa, uşaqlara isə xərclərini izləməyi, qənaət etməyi və maliyyələrini düzgün idarə etməyi öyrənməyə imkan yaradır. Rabitəbank bu məhsullarla yalnız innovativ bankçılıq həlləri təqdim etmir, eyni zamanda gələcəyin maliyyə savadlı nəslinin formalaşmasına töhfə verir.
Rabitəbank gənc nəslin maliyyə savadlılığının artırılmasını cəmiyyətin dayanıqlı inkişafına verilən mühüm töhfələrdən biri hesab edir və bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsini davam etdirir.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026