Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu

Redaktor

27.07.2026 09:55
70

Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə

Son illərdə süni intellekt əsaslı startaplar dünyada olduğu kimi Azərbaycanda da sürətlə inkişaf etməyə başlayıb. Sahibkarlar artıq AI texnologiyalarından istifadə etməklə öz bizneslərini yaradırlar. Londonda təhsil alan və ilk startapını Böyük Britaniyada quran Mirkazım Seyidzadə də bu sahibkarlardan biridir. Onun süni intellekt əsaslı "FloumeAI" platforması onlayn gül sifarişi bazarında sürətlə inkişaf edir. Bu onu göstərir ki, beynəlxalq təcrübə və texnologiyanın düzgün tətbiqi ənənəvi biznes sahələrini də yenidən formalaşdıra bilir.

Valyuta.az-ın müsahibi "FloumeAI" platformasının təsisçisi Mirkazım Seyidzadədir.

O, Londonda qazandığı startap təcrübəsindən, "FloumeAI" ideyasının yaranmasından, 50 min manatlıq pre-seed investisiyasından, platformanın biznes modelindən, xarici bazarlara çıxış planlarından danışıb:

- Mirkazım bəy, ilk olaraq Londondakı təhsil və iş həyatınızdan danışaq.

- Mütləq. Çünki son 8 ilimi Londonda keçirmişəm. Bu müddətdə həm təhsil almışam, həm də startap ekosistemində fəaliyyət göstərmişəm. “UCL” məzunuyam və ilk startapım olan “TALAB”-ı Böyük Britaniyada qurmuşam. “TALAB” tələbələr üçün yaşayış, hava limanı transferi, təmizlik və digər gündəlik xidmətləri bir platformada təqdim edən “concierge marketplace” idi. Bu təcrübə mənə beynəlxalq bazarda məhsul yaratmaq, komanda qurmaq və startapı sıfırdan böyütmək bacarığını qazandırdı. Heç bir xarici investisiya almadan (bootstrapped) qurduğumuz bu platforma Böyük Britaniyada fəaliyyət göstərirdi və 10 mindən çox istifadəçi qazandı. Bu layihə mənə məhsul inkişafı, satış, marketinq və biznesin miqyaslanması ilə bağlı çox ciddi təcrübə verdi.

- “FloumeAI” ideyası necə yarandı?

- İnsanlar onlayn gül sifariş etdikdə çox vaxt aldıqları buket gözlədikləri kimi olmurdu. Digər tərəfdən isə, qiymət öyrənmək üçün bir neçə mağaza ilə ayrıca əlaqə saxlamaq lazım gəlirdi.

Biz düşündük ki, niyə bu prosesi süni intellektlə sadələşdirməyək? “FloumeAI” istifadəçinin istəyini anlayır, müxtəlif mağazalardakı mövcud güllər əsasında uyğun buket hazırlayır, qiymətləri müqayisə edir və bütün variantları bir platformada təqdim edir.

- Niyə məhz çiçək bazarını seçdiniz?

- Çünki bu bazar hələ də kifayət qədər ənənəvi işləyir. Müştərilər üçün seçim etmək çətindir, mağazaların isə rəqəmsallaşma səviyyəsi aşağıdır. Biz hesab edirik ki, süni intellekt həm istifadəçi təcrübəsini yaxşılaşdıra, həm də floristlərin satışını artıraraq onların işini daha effektiv edə bilər.

- Ümumiyyətlə, iş prosesi necə baş verir?

- İstifadəçi platformaya daxil olduqdan sonra üç fərqli seçim edə bilər. Birinci seçim hazır buketlər arasından seçim etməkdir. İkinci seçim süni intellektə sadəcə nə istədiyini yazmaqdır. Məsələn, "ad günü üçün pastel rənglərdə buket istəyirəm." AI həmin istəyin əsasında buket hazırlayır, qiymətini hesablayır və təqdim edir. Üçüncü seçim isə buketi tamamilə özünün dizayn etməsidir. İstifadəçi platformadakı gülləri, rəngləri və digər elementləri manual şəkildə seçərək tam fərdi buket yarada bilir.

- Ənənəvi gül alışında insanlar gülləri görərək, toxunaraq, qoxusunu hiss edərək alırlar. Lakin onlayn şəkildə bu mümkün deyil. “Floume AI” alıcıları bu mövzuda necə razı salıb?

- Süni intellekt istifadəçinin istəyini anlayır və sıfırdan ona uyğun buket yaradır. Bundan əlavə, istifadəçilər öz buketlərini fərdiləşdirə bilir və platformada müxtəlif mağazaların məhsullarını müqayisə edə bilirlər. Yəni, biz müştəridə o hissiyatı vizuallaşdırma və fərdiləşdirmə ilə kompensasiya edirik. İstifadəçi sifariş verməzdən əvvəl buketin necə görünəcəyini görə bilir. Bundan əlavə, AI istifadəçinin zövqünə uyğun seçim etdiyi üçün insanlar özlərini daha çox prosesin bir hissəsi kimi hiss edirlər. Məqsədimiz onlayn alışın etibarını maksimum artırmaqdır.

- Layihəyə nə qədər vaxtdır ki, başlamısınız?

- “FloumeAI” üzərində işləməyə 2025-ci ilin iyun ayında başladıq. Həmin mərhələdə 50 min AZN həcmində pre-seed investisiya cəlb etdik. Təxminən 6 aylıq inkişaf prosesindən sonra platformanı 2025-ci ilin dekabr ayında rəsmi olaraq istifadəyə verdik.

- İlk müştəriləri cəlb etmək nə dərəcədə çətin oldu?

- İlk istifadəçiləri qazanmaq hər bir startap üçün ən çətin mərhələlərdən biridir. İnsanların yeni platformaya etibar etməsi zaman tələb edir. Biz isə məhsulu rəsmi olaraq istifadəyə verməzdən əvvəl “waiting list” yaratdıq və e-mail marketinq kampaniyaları vasitəsilə potensial istifadəçilərlə əlaqə qurduq. Təqdim olunma gününə qədər artıq maraqlı auditoriya formalaşdırmışdıq. Platforma istifadəyə verildikdən sonra isə istifadəçilər məhsulun həqiqətən onların ehtiyacına cavab verdiyini gördülər və bir-birlərinə tövsiyə etməyə başladılar. Məhz bu tövsiyələr (word-of-mouth) ilk böyüməmizdə ən böyük rol oynadı.

- Hazırda neçə aktiv istifadəçiniz var?

- Hazırda platformada 2 minə yaxın qeydiyyatdan keçmiş istifadəçimiz var və onların təxminən 20%-i aylıq aktiv istifadəçilərdir. Eyni zamanda platformada artıq 20-dən çox tərəfdaş florist fəaliyyət göstərir və məqsədimiz ilin sonuna qədər bu rəqəmi 100-ə çatdırmaqdır.

- Hazırda lahiyə gəlir əldə edir?

- “FloumeAI” artıq gəlir əldə edir. Bizim əsas gəlir modelimiz marketplace komissiyasıdır. Platforma üzərindən həyata keçirilən hər sifarişdən komissiya əldə edirik. Gələcəkdə isə premium AI xidmətləri və bizneslər üçün əlavə alətlər təqdim etməyi planlaşdırırıq.

- İndiyə qədər layihə investisiya cəlb edibmi?

- Bəli. “FloumeAI” 50 min AZN həcmində pre-seed investisiya cəlb edib. Hazırda əsas diqqətimiz məhsulu inkişaf etdirmək və bazarda mövqeyimizi gücləndirməkdir. Növbəti mərhələdə isə beynəlxalq Venture Capital fondlarından investisiya cəlb etməyi hədəfləyirik.

- Xarici bazarlara çıxış planınız varmı?

- Bəli. Məqsədimiz əvvəlcə Azərbaycanda güclü mövqe əldə etmək, daha sonra isə region ölkələrinə və digər beynəlxalq bazarlara çıxmaqdır.

- Gələcəkdə startapınıza hansı yeni süni intellekt funksiyalarını əlavə etməyi planlaşdırırsınız?

- Hazırda AI əsaslı hədiyyə platforması üzərində işləyirik. Məqsədimiz istifadəçiyə yalnız buket deyil, münasibətə, büdcəyə və qarşı tərəfin zövqünə uyğun hədiyyələr də təklif edən ağıllı AI yaratmaqdır. Bundan əlavə, foto əsasında buket yaratmaq, daha ağıllı tövsiyə sistemi və tam fərdiləşdirilmiş alış təcrübəsi üzərində də işləyirik.

- “FloumeAI” təcrübəsi sizə nə öyrətdi?

- “FloumeAI” mənə bir daha göstərdi ki, uğurlu startap yalnız yaxşı ideya ilə qurulmur. Düzgün komandanı seçmək, doğru insanlarla işləmək və şirkəti miqyaslandıra biləcək sistem qurmaq ən vacib amillərdəndir. Eyni zamanda bazarı dinləməyi və məhsulu istifadəçilərin ehtiyacına uyğun davamlı inkişaf etdirməyi öyrəndim.

- Azərbaycanda startap qurmaqla Londonda startap qurmaq arasında əsas fərqlər hansılardır?

- Londonda investorlara, mentorlara və beynəlxalq bazara çıxış daha rahatdır. Azərbaycanda isə bazar daha kiçikdir, amma qərar vermək və məhsulu test etmək daha sürətlidir.

- Süni intellekt sahəsində startap qurmaq istəyənlər çoxdur. Bu sahədə layihəsi olan şəxs olaraq təcrübənizdən nəyi məsləhət görərsiniz?

- İlk növbədə texnologiyaya yox, problemə fokuslansınlar. AI sadəcə bir alətdir. Əgər real problem həll olunmursa, ən güclü AI belə uğurlu məhsul yaratmayacaq.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı

27.07.2026

"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib

27.07.2026

Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®

27.07.2026

Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib

27.07.2026

FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir

27.07.2026

"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb

27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu

Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə

27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?

"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?

27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə

Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ

27.07.2026

29 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu

27.07.2026

Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?

26.07.2026
Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

Bir cüt corabı kəsdi, milyard dollarlıq şirkət qurdu

26.07.2026

Səyahətdə pula qənaət edəcək 6 məsləhət

25.07.2026

Enerji böhranı Avropada elektromobil satışlarını artırdı

25.07.2026

Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?

25.07.2026

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı universitetlər

25.07.2026

Bir müsahibə sualı iş tapmaq şansınızı əhəmiyyətli dərəcədə artıracaq

25.07.2026

ƏSF elektron xidmətlərini "myGov" platformasına inteqrasiya edəcək

25.07.2026

Ləğv prosesində olan banklarla bağlı məhkəmə işlərinin sayı 1800-ü ötüb

25.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

25.07.2026

Məzənnə

Yüklənir...