Redaktor
29 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
Bəzən insanların ayaqları altında qalan adi əşyalar başqaları üçün dəyərli məhsula çevrilə bilir. Malayziyada yaşayan bir universitet müəllimi də kampus ərazisindən topladığı qurumuş ağac yarpaqlarını internetdə sataraq əvvəlcə əlavə gəlir əldə edib, daha sonra isə bu işi milyonlarla dəyəri olan biznesə çevirib.
Valyuta.az xəbər verir ki, Malayziyada universitet müəllimi qurumuş ağac yarpaqlarını internet üzərindən sataraq milyonçu olmağı bacarıb.
29 yaşlı Dr. Mohd Zulariffin Md Maarof bildirib ki, onun sahibkarlıq hekayəsi təxminən 10 il əvvəl, Malayziya Texnologiya Universitetində (UTM) magistr və tədqiqatçı olduğu dövrdə başlayıb.
Onun sözlərinə görə, həmin vaxt tədqiqatçı köməkçisi kimi qazandığı gəlir artan yaşayış xərclərini qarşılamağa kifayət etmirdi. Buna görə də əlavə gəlir mənbəyi axtarmağa başlayıb.
Araşdırma zamanı o, ketapanq (Terminalia catappa) ağacının qurumuş yarpaqlarına xaricdə, xüsusilə də "eBay" platformasında böyük tələbat olduğunu öyrənib. Maraqlısı isə bu yarpaqların universitet şəhərciyində hər yerə tökülmüş vəziyyətdə olması idi.
Dr. Mohd Zulariffin topladığı yarpaqları tozdan və torpaqdan təmizləyərək onların şəkillərini çəkib və "eBay"də satışa çıxarıb.

Elə ilk gecənin səhəri ABŞ-ın Texas ştatından ilk sifariş gəlib. Müştəri 30 ədəd qurumuş yarpağı hər birini 1 ABŞ dollarına alıb.
Müəllimin sözlərinə görə, biznesə başlamaq üçün demək olar ki, heç bir sərmayəyə ehtiyac olmayıb.
"Yeganə xərcim xaricə göndərilmə üçün poçt pulu idi. Bunun üçün cəmi 8 Malayziya rinqiti (RM8) xərcləmişdim. Yarpaqları isə yol kənarından toplayırdım", – deyə o bildirib.
İlk satışdan 30 ABŞ dolları gəlir əldə edən Dr. Mohd Zulariffin sonradan qazancını digər məhsulların idxalına yatıraraq fəaliyyətini genişləndirib.
Nəticədə o, 29 yaşında ilk 1 milyon Malayziya rinqiti (RM1 milyon) sərvətini qazanıb. Hazırda o, restoran biznesi ilə də məşğuldur və biryani restoranı fəaliyyət göstərir.

Uğur hekayəsindən sonra Malayziyanın müxtəlif dövlət universitetləri onu tələbələr üçün sahibkarlıq mövzusunda seminarlar keçirməyə dəvət edib.
Bundan əlavə, o, gələcək sahibkarların hazırlanması məqsədilə 30-40 nəfərlik qruplarla "eBay" satışları üzrə praktiki təlimlər təşkil edir.
Dr. Mohd Zulariffin və həyat yoldaşının təsis etdiyi "Export Overseas Academy" platforması vasitəsilə isə ölkə üzrə 15 985 sahibkara "eBay" biznesinə başlamaq üçün pulsuz elektron vəsaitlər təqdim olunub.
Həmçinin o, aztəminatlı ailələrdən olan tələbələr də daxil olmaqla 100 universitet tələbəsi üçün ödənişsiz onlayn e-ticarət təlimi keçirməyi planlaşdırdığını açıqlayıb.
Sərvanə Rəmixanova"
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026