Redaktor
ƏSF elektron xidmətlərini "myGov" platformasına inteqrasiya edəcək
Əmanətlərin Sığortalanması Fondu (ƏSF) elektron xidmətlərini mərhələli şəkildə "myGov" platformasına inteqrasiya edəcək.
Valyuta.az xəbər verir ki, bunu Fondun İT departamentinin Sistem inzibatçılığı və proqramlaşdırma şöbəsinin müdiri Fərid Şirinov deyib:
"Hazırda ƏSF-in kompensasiya portalı fəaliyyət göstərir və elektron müraciətlər bu portal vasitəsilə qəbul edilir. "myGov"a inteqrasiya çərçivəsində isə ilk mərhələdə elektron xidmətlər dövlət reyestrində qeydiyyata alınacaq və platformanın tələblərinə uyğunlaşdırılacaq".
F. Şirinov əlavə edib ki, proses Fondun rəqəmsallaşma strategiyası çərçivəsində həyata keçiriləcək və 2028-ci ilin sonunadək elektron xidmətlərin genişləndirilməsi nəzərdə tutulur.