Səyahətdə pula qənaət edəcək 6 məsləhət

Redaktor

25.07.2026 23:00
32

Səyahətdə pula qənaət edəcək 6 məsləhət

Səyahət zamanı diqqətsizlik turistlərə cibgirlərdən daha baha başa gələ bilər.

Böyük Britaniyadan olan şəxsi maliyyə eksperti Andrev Hagger bildirib ki, istirahət zamanı edilən bəzi sadə səhvlər əlavə xərclərə və maliyyə itkilərinə səbəb ola bilər.

Ayıq-sayıqlığı itirməyin

Ekspertin sözlərinə görə, insanlar xaricdə olarkən istirahətə, yeni təəssüratlara və əyləncəyə kökləndikləri üçün gündəlik həyatda göstərdikləri diqqəti itirirlər. Bu isə onları fırıldaqçılar və oğrular qarşısında daha həssas edir. Ona görə də istirahətdə olsanız belə, maliyyə təhlükəsizliyini unutmamaq vacibdir.

Otelin seyfindən istifadə edin

Andrew Hagger ehtiyat bank kartlarını, nağd pulun bir hissəsini və bankın əlaqə nömrələrini otelin seyfində saxlamağı tövsiyə edir. Seyfdən istifadə ödənişli olsa belə, mümkün itkilərin qarşısını almaq baxımından faydalıdır.

Gündəlik büdcə müəyyənləşdirin

Səfərə çıxmazdan əvvəl qida, nəqliyyat, ekskursiyalar və digər gündəlik xərclər üçün təxmini büdcə planlaşdırmaq məsləhətdir.

Bu halda pul kisənizi itirsəniz və ya oğurlansanız, bütün vəsaitinizi deyil, yalnız həmin gün üçün ayırdığınız məbləği itirmiş olacaqsınız.

Kartla ödəniş edərkən yerli valyutanı seçin

Mütəxəssis mağaza və restoranlarda kartla ödəniş zamanı hesablaşmanı yerli valyutada aparmağı tövsiyə edir. Çünki ödənişi avro və ya digər xarici valyutada emal etmək təklif olunduqda məzənnə çox vaxt sərfəli olmur və turistlər əlavə xərc ödəyirlər.

Bundan əlavə, səfərdən əvvəl bankınızın xaricdə aparılan əməliyyatlara görə tətbiq etdiyi komissiyaları da yoxlamaq faydalıdır.

Böyük məbləğlər üçün kredit kartından istifadə edin

Otel bronu, aviabiletlər və ya bahalı alış-veriş zamanı kredit kartından istifadə etmək daha məqsədəuyğun hesab edilir.

Ekspert bildirir ki, bir çox ölkədə kredit kartları ilə edilən ödənişlər istehlakçı üçün əlavə hüquqi müdafiə təmin edir. Məsələn, satıcı öhdəliyini yerinə yetirmədikdə və ya dələduzluq hallarında ödənilən vəsaitin geri qaytarılması daha asan ola bilər. Bununla belə, bu imkan ölkənin qanunvericiliyindən və bankın şərtlərindən asılı olaraq dəyişə bilər.

Lazımsız kartları özünüzlə daşımayın

Andrew Hagger səyahət zamanı yalnız zəruri bank kartlarını götürməyi və onları kiçik pul kisəsində, geyimin daxili cibində saxlamağı məsləhət görür.

Dəniz və hovuz kənarında istirahət edənlər üçün isə sənədlər və pullar üçün su keçirməyən qoruyucu kisələrdən istifadə etmək tövsiyə olunur.

Bankomat seçərkən diqqətli olun

Nağd pul çıxarmazdan əvvəl bankomatın komissiya tətbiq edib-etmədiyini yoxlamaq vacibdir.

Ekspert turistlərin daha çox banklara məxsus bankomatlardan istifadə etməsini, turistik məkanlarda yerləşən müstəqil terminallardan isə mümkün qədər uzaq durmasını tövsiyə edir.

O, həmçinin bildirir ki, tez-tez kiçik məbləğlərdə nağd pul çıxarmaq komissiyalara görə əlavə xərc yarada bilər. Buna görə də xərcləri əvvəlcədən planlaşdırmaq və mümkün olduqda daha az sayda əməliyyat aparmaq daha sərfəlidir.

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Səyahətdə pula qənaət edəcək 6 məsləhət

25.07.2026

Enerji böhranı Avropada elektromobil satışlarını artırdı

25.07.2026

Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?

25.07.2026

8 min manatlıq ixtisas - Azərbaycanda ən bahalı universitetlər

25.07.2026

Bir müsahibə sualı iş tapmaq şansınızı əhəmiyyətli dərəcədə artıracaq

25.07.2026

ƏSF elektron xidmətlərini "myGov" platformasına inteqrasiya edəcək

25.07.2026

Ləğv prosesində olan banklarla bağlı məhkəmə işlərinin sayı 1800-ü ötüb

25.07.2026

Startapların bank problemini həll edən ideya 3,5 milyard dollarlıq şirkətə çevrildi

25.07.2026

Ləğv olunan banklar üzrə 1,7 milyard manatdan çox kompensasiya ödənilib

25.07.2026

ƏSF-nin investisiya portfeli 119,6 milyon manata çatıb

25.07.2026

Sem Altmanın biometrik startapı “World” kriptoaktiv satışı ilə 52,5 milyon dollar cəlb edib

25.07.2026

"Samsung" un yeni süni intellekt tərəfdaşlığı 200 milyon dolları ötəcək

25.07.2026

Qollu yorğanı yaratdı, ideyası ilə dünyanı fəth etdi

25.07.2026

"Anthropic" daha sərfəli süni intellekt modelini təqdim edib

25.07.2026

Qeyri-faiz xərclərinin həcminə görə bankların Renkinqi

25.07.2026

Tələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi

25.07.2026

"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

25.07.2026

Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı

25.07.2026

Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi

25.07.2026

"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir

25.07.2026

Məzənnə

Yüklənir...