Redaktor
Enerji böhranı Avropada elektromobil satışlarını artırdı
Avropa İttifaqı (Aİ) ölkələrində cari ilin ilk yarısında elektromobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artıb.
Bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) statistikasında qeyd olunub.
Belə ki, Yaxın Şərqdə ABŞ/İsrail–İran müharibəsindən sonra Hörmüz boğazının bağlanması nəticəsində qlobal enerji təchizatında yaranan problemlər davam edir.
Bu dövrdə 1 milyon 220 min 890 elektromobil satılıb. Elektromobillər ümumi avtomobil satışlarının 20,7 faizini təşkil edib.
İyun ayında isə elektromobil satışları ötən ilin eyni ayı ilə müqayisədə 60,7 faiz artaraq 270 min 557-yə çatıb.
Tam elektrikli, hibrid və "plug-in hibrid" modellərin ümumi avtomobil satışlarındakı payı isə 68,9 faizə yüksəlib.
Yanvar–iyun aylarında benzin mühərrikli avtomobillərin satışı illik müqayisədə 17,2 faiz azalıb.
Benzinlə işləyən avtomobillərin satışı bütün əsas bazarlarda geriləyib. Ən böyük azalma Danimarkada qeydə alınıb – 61,7 faiz. Onu 48,6 faizlə Niderland, 38 faizlə Finlandiya və 34,2 faizlə Fransa izləyib.
©Trend.az