Redaktor
"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
Yaradıcı kontent istehsalçıları üçün üzvlük platforması olan "Patreon" əməkdaşlarının 20%-ni, yəni 93 nəfəri ixtisar edəcəyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Cek Konte əməkdaşlara göndərdiyi məktubda bildirib ki, əsas biznes güclü olsa da, bazardakı dəyişikliklərə uyğunlaşmaq və xərcləri optimallaşdırmaq üçün bu addım zəruridir.
Konte qeyd edib ki, süni intellekt texnologiyaları texnologiya sektorunu köklü şəkildə dəyişdirib. Bununla belə, o vurğulayıb ki, ixtisarların məqsədi işçiləri süni intellektlə əvəz etmək deyil.
Şirkət həmçinin təşkilati strukturunu yenidən quracağını, idarəetmə pillələrini azaldacağını və komandaları əsas prioritetlər ətrafında formalaşdıracağını bildirib.
İxtisar edilən əməkdaşlara ən azı 16 həftəlik kompensasiya, hər işlənmiş il üçün əlavə 1 həftəlik ödəniş, ilin sonunadək tibbi sığorta və şirkət noutbukunu əvəz etmək üçün 1 500 dollar məbləğində birdəfəlik yardım veriləcək.
Qeyd edək ki, bu, "Patreon"un 2022-ci ildən bəri həyata keçirdiyi ən böyük ixtisardır. Həmin vaxt şirkət işçi heyətinin 17%-ni ixtisar etmiş, Berlin və Dublin ofislərini də bağlayıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAğıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi
25.07.2026"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?
25.07.2026Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO
24.07.2026Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?
24.07.2026"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi
24.07.2026Azərbaycana bu il nə qədər avtobus gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026