Redaktor
"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
"Yahoo"nun baş icraçı direktoru (CEO) Cim Lanzone uğura gedən yolunun heç də asan olmadığını bildirib.
Valyuta.az xəbər verir ki, Yahoo"nun baş icraçı direktoru (CEO) Cim Lanzone "Fast Company" nəşrində dərc olunan "My First Job" adlı yazısında karyerasının ilk illərindən, müxtəlif sahələrdə çalışmasından və texnologiya sektoruna necə gəldiyindən bəhs edib.
O, tələbəlik illərində pizza restoranında köməkçi, kitab mağazasında satıcı, hüquq şirkətində katib, investisiya şirkətində telefon satış nümayəndəsi, hətta İspaniyada ingilis dili müəllimi kimi çalışdığını deyib.
"Atam hüquqşünas, anam müəllim idi. Ailəmizdə biznesi anlayan heç kim yox idi", - deyə Lanzone bildirib.
Onun sözlərinə görə, əvvəlcə hüquq təhsili almağa başlasa da, sonradan bunun ona uyğun olmadığını anlayıb.
"Həyatında nə etmək istədiyini bilməyən bir çox insan kimi mən də hüquq fakültəsinə getdim. Sonra başa düşdüm ki, bu mənlik deyil və MBA proqramına keçdim", - deyə o qeyd edib.
Lanzonenin karyerasında dönüş nöqtəsi 1997-ci ildə internet şirkətində təcrübə keçməsi olub. O bildirib ki, burada məhsul dizaynından marketinqə qədər demək olar ki, bütün sahələrdə çalışıb.
"Mühəndislik təhsilim yox idi, amma bu, mənə mane olmadı. Məhsulun necə olmalı olduğunu dizayn və mühəndislik komandalarına izah edirdim".
Daha sonra o, universitet yoldaşları ilə birlikdə "eTour" adlı internet startapını qurub. Şirkət qısa müddətdə böyüyərək bazarın aparıcı platformalarından birinə çevrilib və sonradan "Ask Jeeves" tərəfindən satın alınıb.
Lanzonenin sözlərinə görə, həmin təcrübə ona biznesdə çətin dövrlərin öhdəsindən gəlməyi öyrədib.
"İlk işim mənə cəsarət verdi. 2000-ci il böhranını, 2008-ci il maliyyə böhranını və pandemiya dövrünü məhz həmin təcrübə sayəsində idarə edə bildim", - deyə o vurğulayıb.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?
25.07.2026Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO
24.07.2026Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?
24.07.2026"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi
24.07.2026Azərbaycana bu il nə qədər avtomobil gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026