Redaktor
Karyera yoluna həyatın dibindən başlayan 15 CEO - SƏHƏR OXUSU
Dünyanın ən varlı və güclü biznes liderlərinin böyük bir qismi iyerarxiyanın zirvəsinə hazır gəlməyib. Onlar karyeralarına ən sadə işlərdən başlayıblar. Bu gün artıq milyardlarla dollarlıq sərvətə sahib olan rəhbərlərin ilk addımları diqqət çəkir.
Valyuta.az ən sadə işlərdən zirvəyə qalxan liderləri təqdim edir.
Jensen Huang (Nvidia) - 15 yaşında Dennis restoranında qab yuyub, masa silib və ofisiant işləyib. İllər sonra "Nvidia" ideyası da elə restoranda formalaşıb. Hazırda sərvəti 163,6 mlrd dollar dəyərində qiymətləndirilir.
Maykl Dell (Dell Technologies) - 12 yaşında Çin restoranında qab yumaqla pul yığmağa başlayıb. Bu gün 140,8 mlrd dollar sərvətə sahibdir.
Uorren Baffet (Berkshire Hathaway) - yeniyetmə vaxtı qəzet paylayıb və qazancını investisiya etməyə başlayıb. Hazırda sərvəti 148,2 mlrd dollar təşkil edir.
Meri Barra (General Motors) – 18 yaşında GM zavodunun istehsal xəttində avtomobil kapotlarını və hissələrini yoxlayıb. Hazırda şirkətin CEO-su olaraq avtomobil nəhəngini idarə edir.
Ceff Bezos (Amazon) – yeniyetməlikdə McDonald’s-da mətbəxdə manqal bölümündə çalışıb. Bu gün 243,8 mlrd dollar sərvətlə dünyanın ən varlı iş adamlarından biridir.
İlon Mask (Tesla, SpaceX) – 17 yaşında evini tərk edib və Kanadada təsərrüfat işlərində, daha sonra isə mebel fabriki qazanxanasında təmizlikçi kimi işləyib. Hazırda sərvəti 749,7 mlrd dollardır.
Daq MakMillon (Walmart) – Walmart-a yük maşınlarını boşaltmaqla başlayıb. İndi dünyanın ən böyük pərakəndə şəbəkəsinin CEO-sudur.
Rid Heystinqs (Netflix) – karyeranın əvvəlində qapı-qapı gəzirək tozsoran satıb. Hazırda Netflix-in sədridir və sərvəti 5,2 mlrd dollardır.
Bob Ayger (Disney) – ilk işi hava proqnozu aparıcısı olub.
Mark Küban (investor, milyarder) – 12 yaşında qapı-qapı zibil paketləri satmaqla pul qazanmağa başlayıb. Bu günkü sərvəti 6 mlrd dollardır.
Jan Koum (WhatsApp) – ABŞ-a miqrasiya etdikdən sonra 16 yaşında supermarketdə döşəmələri süpürüb. İndi sərvəti 17,2 mlrd dollardır.Marissa Mayerin (Yahoo keçmiş CEO-su) ilk işi ərzaq mağazasında kassir olub.
Maykl Blumberq (Bloomberg LP) – universitet xərclərini qarşılamaq üçün yay aylarında parkinqdə maşın saxlayırdı. Hazırda 109,4 mlrd dollar sərvətə malikdir.
Tim Kuk (Apple) – 12 yaşında səhər tezdən qəzet paylamaqla işləyib. İndiki sərvəti 2,6 mlrd dollardır.
Abigeil Conson (Fidelity Investments CEO-su) – korporativ zirvəyə yüksəlməzdən əvvəl müştəri xidmətlərində sifariş formaları doldurub. İndi 35,6 mlrd dollar sərvət sahibidir.
Sərvanə Rəmixanova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAğıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi
25.07.2026"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?
25.07.2026Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO
24.07.2026Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?
24.07.2026"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi
24.07.2026Azərbaycana bu il nə qədər avtobus gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026