Redaktor
Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
ABŞ-ın çip istehsalçısı "Intel" süni intellekt texnologiyalarına artan tələbat fonunda rüblük gəlir və mənfəət proqnozlarını yüksəldib. Səhmləri birjadankənar ticarətdə 5,2% bahalaşıb.
Valyuta.az xəbər verir ki, "Intel" üçüncü rübdə gəlirinin 15,8-16,8 milyard dollar aralığında olacağını gözləyir. Bu göstərici analitiklərin 15,1 milyard dollarlıq orta proqnozunu üstələyir.
Həmçinin şirkət səhm üzrə tənzimlənmiş mənfəətin isə 38 sent olacağını açıqlayıb. Analitiklərin gözləntisi 27 sent təşkil edirdi.
Süni intellekt məlumat mərkəzlərinin sürətli genişlənməsi nəticəsində mərkəzi prosessorlara (CPU) tələbat artıb. Bu səbəbdən "Intel" yaxın illərdə investisiya həcmini artırmaq qərarına gəlib.
Şirkətin məlumat mərkəzi və süni intellekt bölməsinin gəliri də gözləntiləri üstələyib. Bölmə ikinci rübdə 6,26 milyard dollar gəlir əldə edib. Analitiklərin proqnozu isə 5,37 milyard dollar idi.
“İntel” son dövrlərdə süni intellekt çipləri bazarında "Nvidia" və "AMD" kimi rəqiblərlə mübarizəni gücləndirməyə çalışır. İnvestorlar xüsusilə "Intel"in məlumat mərkəzi və müqaviləli istehsal (foundry) bölmələrinin inkişafını izləyirlər.
Süni intellekt texnologiyalarına artan maraq digər çip istehsalçılarına da təsir edib. Birjadankənar ticarətdə "Arm Holdings"in səhmləri 2,6%, "AMD"nin səhmləri isə 1,2% bahalaşıb.
Qeyd edək ki, "Intel" dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biridir. Şirkət son illərdə süni intellekt çipləri bazarında "Nvidia"nın liderliyi ilə artan rəqabət şəraitində istehsal imkanlarını genişləndirməyə və texnoloji üstünlüyünü bərpa etməyə çalışır.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycana bu il nə qədər avtomobil gətirilib?
24.07.2026Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı
24.07.2026Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi
24.07.2026Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir
24.07.2026Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib
24.07.2026İlon Maskın şirkətləri birjada dəyər itirir
24.07.2026Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri
24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ
24.07.2026Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib
24.07.2026Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL
24.07.2026Şahin Cəfərzadə "Sea Breeze"in layihəsində marketinq direktoru vəzifəsinə təyin olunub
24.07.2026"Google" hesabımızı selfie video ilə bərpa etməyə imkan verəcək
24.07.2026Azərbaycanda ipoteka kreditləşməsində süni intellektdən istifadə olunacaq
24.07.2026Keçmiş "Formula 1" mühəndisinin startapı 55 milyon dollar investisiya alıb
24.07.2026Azərbaycanda 10 şirkət fəaliyyətini dayandırdı - SİYAHI
24.07.2026