"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

Redaktor

25.07.2026 12:09
114

"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

"Microsoft", "Nvidia", "Meta Platforms", "IBM" və digər iri texnologiya şirkətləri açıq mənbəli süni intellekt (Sİ) modellərinə vaxtından əvvəl məhdudiyyətlərin tətbiq edilməməsinə çağırıb.

Valyuta.az xəbər verir ki, şirkətlər ABŞ qanunvericilərinə ünvanladıqları ictimai müraciətdə açıq mənbəli modellərin rəqabət və innovasiya üçün mühüm əhəmiyyət daşıdığını bildiriblər.

"X" platformasında yayımlanan və ondan çox şirkət və təşkilatın imzaladığı məktubda "Nvidia"nın baş icraçı direktoru Censen Huanq qanunvericiləri açıq modellərə qarşı "rəqabəti boğan və innovasiyanı xaricə yönəldən vaxtından əvvəl məhdudiyyətlərdən" çəkinməyə çağırıb.

Məktub açıq mənbəli modellərlə "OpenAI" və "Anthropic" kimi şirkətlərin nəzarətində olan qapalı mənbəli modellər ətrafında davam edən müzakirələr fonunda yayımlanıb. Bildirilir ki, son aylarda Silikon Vadisinin bir sıra biznes liderləri qapalı modellərin yüksək xərcləri və istifadəyə qoyulan məhdudiyyətlərlə bağlı narazılıqlarını ifadə ediblər.

"Microsoft" və "Palantir Technologies"in rəhbərləri hesab edirlər ki, müştərilərin öz məlumat mərkəzlərində işlədə biləcəyi açıq mənbəli modellər süni intellekt xərclərinin azaldılmasına kömək edə bilər.

Məktubda həmçinin qeyd olunur ki, yalnız qapalı modellərə etibar etmək təhlükəsizlik baxımından kifayət etmir. Şirkətlərin fikrincə, açıq çəkili (open-weight) modellər tədqiqatçılara və proqramçılara sistemlərin davranışını araşdırmağa, zəiflikləri aşkar etməyə və təhlükəsizlik mexanizmlərini təkmilləşdirməyə imkan verir.

Sənəddə texnologiya oğurluğu ilə bağlı narahatlıqların əsaslı olduğu qəbul edilsə də, bu problemlərin genişmiqyaslı məhdudiyyətlərlə deyil, məqsədyönlü hüquqi və kommersiya mexanizmləri vasitəsilə həll edilməsinin daha məqsədəuyğun olduğu vurğulanıb.

Qeyd edək ki, müzakirələr ABŞ-da süni intellektin tənzimlənməsi ilə bağlı debatların gücləndiyi bir dövrə təsadüf edir. ABŞ qanunvericiləri süni intellekt modelləri üçün məcburi "dayandırma mexanizmi" ("kill switch") nəzərdə tutan qanun layihəsini müzakirə edir. 

Rəfiqə Abdin 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Tələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi

25.07.2026

"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib

25.07.2026

Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı

25.07.2026

Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi

25.07.2026

"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir

25.07.2026

"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"

25.07.2026
Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

Bir çamadana təkər taxmaq niyə 5 min il çəkdi?

25.07.2026

Bakıda skuterlərlə bağlı yeni problem - VİDEO

24.07.2026

Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək?

24.07.2026

"OpenAI" "ChatGPT Health" funksiyasını ABŞ-da bütün yetkin istifadəçilər üçün istifadəyə verdi

24.07.2026

Azərbaycana bu il nə qədər avtobus gətirilib?

24.07.2026

Süni intellekt bazarı "Intel"in gəlirlərini artırdı 

24.07.2026

Fuad Nağıyev sabiq məmuru Qubaya rəis təyin etdi

24.07.2026

Dünyanın ən dəyərli restoran şəbəkələri: "McDonald’s" zirvədədir

24.07.2026

Yüksək Texnologiyalar Parkına 4 yeni rezident qəbul edilib

24.07.2026

İlon Maskın şirkətləri birjada dəyər itirir

24.07.2026

Azərbaycanda işçi sayı ən çox artan iqtisadi fəaliyyət sahələri

24.07.2026
Hansı banklar daha çox faiz xərci çəkib?

Hansı banklar daha çox faiz xərci çəkib? - RENKİNQ

24.07.2026

Sığorta startapı 4 milyard dollar dəyərləmə ilə yeni investisiya cəlb edib

24.07.2026

Azərbaycanda 145 mindən çox qadın bu sahədə sahibkarlıqla məşğuldur - CƏDVƏL

24.07.2026

Məzənnə

Yüklənir...