Redaktor
"Anthropic" daha sərfəli süni intellekt modelini təqdim edib
ABŞ-ın "Anthropic" şirkəti yeni süni intellekt modeli "Opus 5"i istifadəyə verib.
Valyuta.az xəbər verir ki, model performans baxımından daha güclü "Fable 5"ə yaxın imkanlar təqdim edir və istifadəçilər üçün daha sərfəli qiymətlə təklif olunur.
Şirkətin sınaqlarına əsasən, "Opus 5" kibertəhlükəsizlik zəifliklərindən sui-istifadə etmək baxımından "Fable 5" qədər güclü deyil. Bu səbəbdən yeni model üçün tətbiq olunan təhlükəsizlik məhdudiyyətləri daha yumşaqdır.
Eyni zamanda, şirkət "Opus 5"in manipulyativ göstərişlərə və mümkün sui-istifadə cəhdlərinə qarşı əvvəlki modellərlə müqayisədə daha davamlı olduğunu vurğulayıb.
Həmçinin qiymət və səmərəlilik baxımından əksər istifadəçilər üçün "Opus 5" daha uyğun seçimdir.
Qeyd edək ki, açıq çəkili süni intellekt modelləri istifadəçilərə modeli yükləməyə, öz sistemlərində işlətməyə və fərdiləşdirməyə imkan verir. Bu xüsusiyyət onları mənbə kodu və model çəkiləri ictimaiyyətə açıq olmayan kommersiya modellərindən fərqləndirir.
Rəfiqə Abdin
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQollu yorğanı yaratdı, ideyası ilə dünyanı fəth etdi
25.07.2026"Anthropic" daha sərfəli süni intellekt modelini təqdim edib
25.07.2026Qeyri-faiz xərclərinin həcminə görə bankların Renkinqi
25.07.2026Tələbə borcunu ödəmək üçün yaratdığı sayt onu 5 aya milyonçu etdi
25.07.2026"Nvidia", "Microsoft" açıq mənbəli süni intellekt modellərinə dəstək çağırışı edib
25.07.2026Vizanız bir anda ləğv oluna bilər: ABŞ yeni qaydaları açıqladı
25.07.2026Ağıllı eynək böhranı böyüyür: "Meta" hesabları bağlamaq qərarına gəldi
25.07.2026"Patreon" əməkdaşlarının 20%-ni ixtisar edir
25.07.2026"Yahoo" CEO-su: "Pizza restoranında işləyirdim, biznes haqqında heç nə bilmirdim"
25.07.2026