Redaktor
"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
2026-cı ilin II rübünün yekunlarına görə, PAŞA Sığorta ASC-nin ümumi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 617 min 393 manat və ya 25,25% artaraq 191 milyon 818 min 940 manat təşkil edib.
Valyuta.az xəbər verir ki, şirkətin ümumi gəlirləri 2025-ci ilin eyni dövründə 153 milyon 201 min 547 manat olub.
Sığortaçının əsas əməliyyat gəlirləri hesabat dövründə 210 milyon 20 min 416 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27 milyon 115 min 735 manat və ya 14,82% çoxdur. Xatırladaq ki, 2025-ci ilin eyni dövründə bu göstərici 182 milyon 904 min 681 manat olub.
PAŞA Sığorta ASC-nin investisiya gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 194 min 220 manat və ya 61,30% artaraq 13 milyon 666 min 936 manat təşkil edib. Ötən ilin müvafiq dövründə şirkətin investisiya gəlirləri 8 milyon 472 min 716 manat olub.
2026-cı ilin ilk yarısında xalis sığorta ehtiyatlarının dəyişməsi üzrə mənfi göstərici 33 milyon 423 min 468 manat təşkil edib. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 milyon 927 min 14 manat və ya 15,1% azalaraq yaxşılaşıb.
Bununla yanaşı, PAŞA Sığortanın ümumi xərcləri də artıb. Şirkətin xərcləri 2026-cı ilin ilk yarısında 173 milyon 636 min 523 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39 milyon 547 min 339 manat və ya 29,49% çoxdur. Ötən ilin müvafiq dövründə bu göstərici 134 milyon 89 min 184 manat olub.
Əsas əməliyyat xərcləri illik müqayisədə 36 milyon 42 min 442 manat və ya 37,50% artaraq 132 milyon 151 min 525 manata yüksəlib. 2025-ci ilin ilk yarısında bu göstərici 96 milyon 109 min 83 manat təşkil edib.
İşlərin aparılması xərcləri 37 milyon 958 min 433 manatdan 40 milyon 804 min 125 manata yüksələrək 2 milyon 845 min 692 manat və ya 7,50% artıb.
Digər tərəfdən, şirkətin maliyyə mənfəəti 19 milyon 112 min 363 manatdan 18 milyon 182 min 417 manata enib. Göstərici illik müqayisədə 929 min 946 manat və ya 4,87% azalıb.
Mənfəət vergisi xərci də azalıb. Belə ki, bu göstərici 3 milyon 822 min 473 manatdan 3 milyon 636 min 483 manata düşərək 185 min 989 manat və ya 4,87% azalma göstərib.
Nəticədə, PAŞA Sığortanın xalis mənfəəti 2026-cı ilin ilk yarısında 14 milyon 545 min 934 manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 743 min 956 manat və ya 4,87% azdır. Ötən ilin müvafiq dövründə şirkətin xalis mənfəəti 15 milyon 289 min 890 manat olub.
Sərvanə Rəmixanova
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026