Redaktor
FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
ABŞ Mərkəzi Bankı (FED) bu həftə növbəti faiz qərarını açıqlayacaq. Bazar iştirakçıları tənzimləyicinin uçot dərəcəsini dəyişməz saxlayacağını gözləsələr də, gələcək pul-kredit siyasətinə dair veriləcək mesajlar əsas diqqət mərkəzində olacaq.
Valyuta.az xəbər verir ki, FED-in qərarı çərşənbə günü Bakı vaxtı ilə saat 21:00-da elan ediləcək. Yarım saat sonra isə FED sədri Kevin Warş mətbuat konfransında jurnalistlərin suallarını cavablandıracaq.
İyunda olduğu kimi, builki iclasda da faiz dərəcələrinin sabit saxlanılması əsas ssenari hesab olunur. Bununla belə, bazarlar hələ də təxminən 33% ehtimalla FED-in faiz dərəcəsini 25 baza bəndi artıracağını qiymətləndirir.
İyun ayında "Brent" markalı neftin qiymətinin 70 dollara qədər enməsi ABŞ-da inflyasiyanın da zəifləməsinə səbəb olub. Həmin ay enerji qiymətləri aylıq müqayisədə 5,7% azalıb, illik inflyasiya isə 3,5% səviyyəsində olmaqla gözləntilərdən aşağı açıqlanıb..
Bu göstəricilər FED-in yaxın müddətdə faiz artırmasına ehtiyac yaradan güclü inflyasiya təzyiqinin olmadığını göstərirdi.
Lakin sonradan geosiyasi gərginliyin yenidən artması və "Brent" neftinin qiymətinin 100 dollara yüksəlməsi bazarlardakı qeyri-müəyyənliyi artırıb. Analitiklər hesab edirlər ki, bu şəraitdə Kevin Warşın inflyasiya və faiz siyasəti ilə bağlı verəcəyi mesajlar bazarlar üçün həlledici əhəmiyyət daşıyacaq.
Warşın çıxışına xüsusi diqqət yetiriləcək
Jerom Pauelldən sonra FED-ə rəhbərlik edən Kevin Warş daha ehtiyatlı kommunikasiya tərzi ilə seçilir. O, adətən qısa açıqlamalar verir və gələcək siyasətlə bağlı konkret siqnallar səsləndirməkdən çəkinir.
Bu səbəbdən investorlar FED-in növbəti addımlarını proqnozlaşdırmaqda çətinlik çəkirlər və builki mətbuat konfransının bazarlara yeni istiqamət verəcəyi gözlənilir.
Bu həftə diqqət mərkəzində olacaq digər mühüm hadisə isə Yaponiya Mərkəzi Bankının (BoJ) faiz qərarıdır. Qurumun qərarı cümə günü açıqlanacaq və analitiklər BoJ-un da faiz dərəcələrini dəyişməyəcəyini proqnozlaşdırırlar.
Əlaqəli Xəbərlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərÇin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026