Redaktor
Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
Çinin aparıcı yaddaş çipi istehsalçılarından olan "ChangXin Memory Technologies" ("CXMT") şirkətinin səhmləri Şanxaydakı yüksək texnologiyalar bazarı olan "STAR Market"də ilk kütləvi təklif (IPO) zamanı 5,7 dəfə, yəni 470 faiz bahalaşıb.
Valyuta.az xəbər verir ki, AFP agentliyinin məlumatına görə, şirkət səhmlərin yerləşdirilməsi nəticəsində materik Çini üçün rekord hesab olunan 66,6 milyard yuan (9,8 milyard ABŞ dolları) vəsait cəlb edib.
IPO-dan sonra "CXMT"nin bazar kapitallaşması 3,3 trilyon yuan (490 milyard ABŞ dolları) səviyyəsinə yüksəlib. Şirkət süni intellekt texnologiyaları sahəsində Cənubi Koreyanın "Samsung Electronics" və "SK Hynix", eləcə də ABŞ-ın "Micron" şirkətləri ilə rəqabət aparmağı hədəfləyir.
Agentliyin qeydinə görə, bundan əvvəl Çində ən böyük IPO uğuru 2020-ci ildə qeydə alınmışdı. Həmin vaxt "Semiconductor Manufacturing International Corp" ("SMIC") şirkəti 46,3 milyard yuandan çox vəsait cəlb etmişdi.
Süni intellekt texnologiyalarına artan maraq nəticəsində noutbuk, smartfon və digər elektron cihazlarda istifadə olunan nisbətən aşağı məhsuldarlıqlı "DRAM" yaddaş çiplərinə tələbat kəskin artıb. Bu isə bazarda çatışmazlıq yaradaraq qiymətlərin yüksəlməsinə səbəb olub. "AFP" bildirir ki, çip qıtlığı ilə üzləşən "Apple" şirkəti öz məhsullarında istifadə etmək məqsədilə "CXMT"nin istehsal etdiyi "DRAM" çiplərini sınaqdan keçirir.
2016-cı ildə təsis edilən "CXMT" hazırda qlobal "DRAM" bazarında təxminən 8 faiz payla dünyanın dördüncü ən böyük istehsalçısıdır. Şirkət ABŞ Müdafiə Nazirliyinin Çin müdafiə sənayesi ilə əlaqəli hesab etdiyi şirkətlər siyahısına daxil edilsə də, bu, Amerika şirkətlərinin onunla kommersiya əməkdaşlığı qurmasına mane olmur.
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərQaytarıla bilməyən kreditlər bağlana bilər? - AÇIQLAMA
27.07.2026
"İnsanlar brendin adından çox rəngini xatırlayırlar" - Marketoloq
27.07.2026Çin çip nəhəngi IPO-da 9,8 milyard dollar topladı - 470 faiz bahalaşdı
27.07.2026"Azərenerji" kibertəhlükəsizlik üçün 2 milyonluq satınalma edib
27.07.2026Rabitəbank “YAŞAT” düşərgəsində şəhid övladları üçün maliyyə savadlılığı təlimi təşkil etdi ®
27.07.2026Aİ 14 kriptovalyuta platformasına əməliyyat qadağası tətbiq edib
27.07.2026FED-in faiz qərarı bu həftə açıqlanacaq - Bazarlar Kevin Warşın mesajlarını gözləyir
27.07.2026"PAŞA Sığorta"nın gəlirləri artsa da, xalis mənfəəti 5% azalıb
27.07.2026
Londonda yığdığı təcrübəni Azərbaycana gətirdi - Süni intellekt ilə gül sifarişi biznesi qurdu - Müsahibə
27.07.2026
"Mağaza təmirə bağlanır, məhsullar maya dəyərinə satılır" - Alıcılar buna inanmalıdır?
27.07.2026
Sığorta şirkətlərinin öhdəlik həcminə görə - RENKİNQ
27.07.202629 yaşında qurumuş yarpaqları sataraq milyonçu oldu
27.07.2026Azərbaycan halal məhsullar üzrə regionun lideri ola bilər?
26.07.2026