Redaktor
Tanınmış kriptobirja fəaliyyətini dayandırdı
Bir vaxtlar "BitMax" adı ilə fəaliyyət göstərən tanınmış kriptovalyuta birjası "AscendEX" iyulun 1-dən etibarən fəaliyyətini dayandırdığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, şirkət qərarın əsas səbəbi kimi Avropa İttifaqının Kripto Aktivlər Bazarları (MiCA) tənzimləmələrinə uyğun lisenziyaya malik olmamasını, həmçinin maliyyə və əməliyyat çətinliklərini göstərib.
Birjanın açıqlamasına görə, artıq yeni hesab açmaq, vəsait yatırmaq və alqı-satqı əməliyyatları aparmaq mümkün olmayacaq. İstifadəçilər yalnız vəsaitlərini çıxarmaq, müştəri dəstəyi ilə əlaqə saxlamaq və əməliyyat tarixçələrini ixrac etmək üçün hesablarına giriş əldə edə biləcəklər.
"AscendEX" bildirib ki, bundan sonra bütün çıxarış sorğuları avtomatik deyil, əl ilə yoxlanılacaq. Bu səbəbdən prosesdə gecikmələr yarana, istifadəçilərdən əlavə məlumat tələb oluna və yoxlama davam etdiyi müddətdə çıxarışlar dayandırıla bilər.
Şirkət, həmçinin, vəsaitlərin hansı müddətdə və ya tam həcmdə çıxarılacağına dair heç bir zəmanət vermədiyini vurğulayıb.
Tanınmış blokçeyn araşdırmaçısı ZachXBT isə "AscendEX"in likvidlik problemi yaşadığını iddia edib.
Onun sözlərinə görə, birjanın isti cüzdanlarında iri məbləğli çıxarışları qarşılamaq üçün kifayət qədər vəsait yoxdur.
ZachXBT vəsaitləri hələ də birjada qalan istifadəçilərə yaşadıqları ölkələrin hüquq-mühafizə orqanlarına müraciət etməyi və birjanın təsisçisi George Cao barəsində hüquqi addımlar atmağı tövsiyə edib.
2018-ci ildə yaradılan "AscendEX" 2021-ci ildə 50 milyon dollarlıq investisiya cəlb edib. Həmin il birja Şimali Koreya ilə əlaqələndirilən Lazarus haker qrupunun kiberhücumu nəticəsində təxminən 80 milyon dollar vəsait itirib.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər"UniCredit" Almaniyanın "Commerzbank"ı üzərində nəzarəti gücləndirir
09.07.2026Məhsulu olmadan milyonlarla dollar investisiya alan 7 startap
09.07.2026Raket mühərriki istehsal edən startap 90 milyonluq investisiya cəlb edib
09.07.2026