Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

Redaktor

23.01.2026 13:30
84

Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

VTB Azərbaycan 2025-ci ildə 9 milyon 111 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2024-cü ildə 9 milyon 538 min manat təşkil etmişdi.

Valyuta.az xəbər verir ki, bankın xalis mənfəəti 427 min manat və ya 4,47% azalıb.

Bankın cəmi aktivləri də azalıb. 2024-cü ildə 317 milyon 98 min manat olan aktivlər 2025-ci ilin sonuna 306 milyon 222 min manata enib. Bu isə 10 milyon 876 min manat və ya 3,43% azalma deməkdir. Aktivlərdəki azalmanın əsas səbəbi nağd pul vəsaitləri və onların ekvivalentləri üzrə göstəricidəki ciddi geriləmədir – bu göstərici 2024-cü ildə 47 milyon 731 min manat, 2025-ci ildə isə cəmi 17 milyon 534 min manat olub. Azalma 30 milyon 197 min manat və ya 63,2%-dir.

Kredit portfelində də daralma qeydə alınıb. Biznes kreditləri 2024-cü ildə 78 milyon 533 min manat ikən, 2025-ci ildə 67 milyon 536 min manat təşkil edib. Bu, 10 milyon 997 min manat və ya 14% azalma deməkdir. Eyni zamanda, banklar və digər maliyyə institutlarına verilən kreditlər 2024-cü ildə 10 milyon 239 min manat olduğu halda, 2025-ci ildə bu rəqəm 7 milyon 166 min manata düşüb (30%-lik azalma).

Cəmi öhdəliklər – 2024-cü ildə 216 milyon 112 min manat olan öhdəliklər 2025-ci ilin sonuna 196 milyon 290 min manata enib.  Öhdəliklərdəki azalma əsasən depozitlərin geriləməsi ilə bağlıdır. Belə ki, 2024-cü ildə 114 milyon 153 min manat olan depozitlər, 2025-ci ildə 101 milyon 814 min manata düşüb (12 milyon 339 min manat və ya 10,8% azalma).

Hüquqi şəxslərin depozitləri üzrə daha çox azalma müşahidə olunur – 2024-cü ildə 44 milyon 105 min manat, 2025-ci ildə isə 26 milyon 552 min manat. Bu isə 17 milyon 553 min manat və ya 39,8% azalma deməkdir.

Bununla belə, faiz gəlirlərində artım müşahidə olunub. 2024-cü ildə 32 milyon 612 min manat olan faiz gəlirləri, 2025-ci ildə 40 milyon 446 min manata yüksəlib – bu da 7 milyon 834 min manat və ya 24% artım deməkdir. Qeyri-faiz gəlirləri isə nisbətən stabil qalıb – 2024-cü ildə 14 milyon 790 min manat, 2025-ci ildə isə 14 milyon 896 min manat olub (0,7% artım).

Eyni zamanda, faiz və qeyri-faiz xərcləri də artıb. Faiz xərcləri 8 milyon 483 min manatdan 10 milyon 89 min manata yüksəlib (1 milyon 606 min manat və ya 18,9% artım), qeyri-faiz xərcləri isə 29 milyon 845 min manatdan 34 milyon 148 min manata qalxıb (4 milyon 303 min manat və ya 14,4% artım).

Mayya Hüseynova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®

23.01.2026

“Mews” 300 milyon dollar investisiya alıb

23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma

İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ

23.01.2026

Dövlət Agentliyi: Azərbaycanın almaz ticarəti aparması mümkün deyil

23.01.2026

Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

23.01.2026

Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam

23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

23.01.2026

Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?

23.01.2026

İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

23.01.2026

Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR

23.01.2026

Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək

23.01.2026

Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir

23.01.2026

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

23.01.2026

Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib

23.01.2026

Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı

23.01.2026

Azərbaycanda qanunvericiliyi pozan məşhur şirkətlər- ADLAR

23.01.2026

6 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı

23.01.2026

S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq

23.01.2026

Məzənnə

Yüklənir...