Redaktor
Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək
Qızılın qiyməti tezliklə 5000 dolları ötəcək.
Valyuta.az "Sfera.az"a istinadən xəbər verir ki, mövcud qiymət səviyyəsi 5 min dollara çox yaxındır.
Beynəlxalq birajalarda aparılan əməliyyatlara əsasən, xalis qızılın bir troya unsiyası (31,1 qramı) hazırda 4950 dollara satılır.
Böyük ehtimalla bu gün və ya ən geci növbəti həftədə qızılın dəyəri 5 min dolları ötəcək.
Qeyd edək ki, qızılın dəyəri Rusiya-Ukrayna müharibəsi başlayandan, yəni 2022-ci ilin fevralından davamlı artır.
2022-ci ilin fevralında qızılın qiyməti 1900 dollar idi. 2023-cü ildə qiymət səviyyəsi 2100 dolları, 2024-cü ildə 2700 dollar səviyyəsini, 2025-ci ildə isə 4700 dollar səviyyəsini ötdü.
Qızıl 2025-ci ildə daha çox bahalaşdı. Ötən il qızılın dəyərində 70 faizə yaxın artım qeydə alınıb.
2025-ci ildə qızılı belə sürətlə bahalaşdıran əsas amil Donald Trampın yenidən prezident seçilməsi və aqressiv addımlar atmasıdır. Ötən il qızılın qiyməti Trampın davranışlarına birbaşa indeksasiya olundu və qısa müddətdə 1800 dollardan çox artdı.
Trampın proqnozlaşdırılmayan davranışları, dünya nizamında dəyişikliklərə səbəb olan hərəkətləri 2026-cı ildə də davam edir. Onun bu cür hərəkətləri sayəsində qızıl bir ay ərzində 10 faizə yaxın bahalaşıb.
Ümumən dünyada vəziyyətin gərginləşməsi investorlar, eləcə də yığım edənlər üçün etibarlı liman olan qızılı bahalaşdırır. Gündəmdə İran müharibəsi və digər münaqişələr var. Belə vəziyyətdə qızılın daha da bahalaşması qaçınılmazdır. Ehtimal edilir ki, 2026-cı il ərzində qızılın dəyərində artım 2025-ci ildə olduğu kimi yüksək templə davam edəcək və 6000 kimi yüksək qiymətlər qeydə alınacaq.
Azərbaycanda da qızıl bahalaşır. Son məlumata əsasən bir troya unsiya qızılın manatla ifadədə dəyəri 8424 manatdır. Proqnozlaşdırmaq olar ki, bu il ərzində bahalaşma davam etdikcə qızılın qiymətinin 10 min manatı ötməsi realdır. Bu, bir qram xalis qızılın qiymətinin 321 manatı ötməsi deməkdir.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Mews” 300 milyon dollar investisiya alıb
23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ
23.01.2026Dövlət Agentliyi: Azərbaycanın almaz ticarəti aparması mümkün deyil
23.01.2026Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?
23.01.2026Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam
23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər
23.01.2026Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?
23.01.2026İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər
23.01.2026Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR
23.01.2026Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək
23.01.2026Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir
23.01.2026Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir
23.01.2026Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib
23.01.2026Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı
23.01.2026Azərbaycanda qanunvericiliyi pozan məşhur şirkətlər- ADLAR
23.01.20266 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı
23.01.2026S&P: Azərbaycan bankları 2026-cı ildə dayanıqlılığını qoruyacaq
23.01.2026Azərbaycanda internet provayderi cərimələnib
23.01.2026