Müftə yeyən məmur kimi işləyən işçilər
08.01.2026 14:05
1,419

Müftə yeyən məmur kimi işləyən işçilər

Samir Mirzə
Ölkə.Az saytının məsul redaktoru, media meneceri

Müftə yeyən və ya yemək istəyən məmurlardan danışılır, onlar tənqid edilir. Amma onların məmur olmazdan öncə insan olduğunu xatırlatmaq yerinə düşər. Siz heç iş yerində işdən başqa hər işi görüb ayın axırını və maaşı ən çalışqan işçidən daha çox gözləyən şəxs görməmisinizmi? Ofisə daxil olan kimi, “həftə nə vaxt bitəcək?”, “yoruldum”, “bu nə işdi?” və s. buna oxşar sözlərlə hamının işləmək həvəsini öldürənləri görməmisinizmi? Dindirəndə hamıdan çox istirahət və gəlir istəyir, amma bunun üçün daşı daş üstünə qoymağa çalışmır. İndi həmin xüsusiyyətli şəxslər bir yolla – məsələn, sırf bir məqama çatmaq, məmur olmaq üçün çalışıb və postu tutub. Ola bilməzmi?

Bu yaxınlarda yatağan, tənbəl, maksimum bir neçə saata görüləcək işi 4 gün sonra yerinə yetirənin Almaniya eşqindən danışdığını eşitdim. Almanlar... Onlara “nemes” deyirik, “işlayın, şlayın” sözləri ilə ya zarafat, ya da yarı ciddi onları yamsılamaqla nə qədər tələbkar olduqlarına işarə edirik. “Alman dəqiqliyi”, “alman maşını işə düşdü” və s. bu kimi anlayışları bilirik, xəbərdarıq. Azərbaycanda tüfeyli həyat keçirənindən tutmuş müftə yemək arzusunda olana qədər – Almaniyaya pənah aparmaq istəyirlər. Bir saat saxlamazlar oralarda iş yerində. Müvəqqəti sığınacaqlarda isə dünyanın hər yerində yaşamaq olar. Siz mənzərəni təsəvvür edə bilirsinizmi?

Müasir fəndləri, mexanizmləri, lotereya kimi işləri, yaxud lotereyanın özünü kənara qoysaq, kim ağır zəhmət çəkmədən kamala çatıb ki? Kim karyerasında yüksələ bilib ki? Bir çox insan nəticəyə fokuslanır, hazıra nazir olmaq istəyir. Amma müasir dünyanın insanı sanki daha da azğınlaşıb. O qədər sosial şəbəkədə ömürlərini çürüdürlər, o qədər saxta paylaşımların aludəçisi olurlar ki, özləri də saxtakarlaşırlar. Dindirsən, nizam-intizam, ədəb-ərkan, haqq-ədalətdən danışa bilərlər, hətta Avropa mütəfəkkirlərindən, oxuduqları – bəlkə də yalnız şəkil çəkdirdikləri – kitablarından bir-iki cümlə sitat da gətirəcəklər. Giriş cümləsindən ola bilər...

Onlar əxlaqın yalnız geyimdən ibarət olmadığını deyirlər. Bunu artıq bütün dünya təsdiqləyir. Aydındır. Əxlaq həm də işini vicdanla yerinə yetirməkdir. Əxlaq insanın öhdəsinə düşən işləri yerinə yetirməsidir. Əxlaq insanın ayın sonunda gözlədiyi maaşa layiq olmasıdır.

Deyə bilərsiniz ki, insanlar bir çox yerlərdə işindən küsdürülür, həvəsdən salınır, sındırılır və məhz bu səbəbdən işi yola verirlər. Yalandırmı? Xeyr. Amma müftəxor olmağa heç bir əsas vermir. Xarakterli insanlar müvəqqəti həvəsdən düşə bilər, yeni iş axtarar. Bəli, alınmadıqda ölkədən gedə bilərlər. Lakin heç də həmişə belə olmur. Çalışqan insanların bir çox yerlərdə və sahələrdə uğur qazandığını az görməmişik. Müasir dillə desək, “evrən” – kainat, ilahi ədalət gec-tez yerini tapır. İnanmayan üçün gəlməyəcək. Əvvəldən məğlub olub. Bir çox hallarda xəyallar, hədəflər, ümid məhz buna görə öldürülür. Bir gün, bir həftə, bir il üçün uğurlu nəticə əldə etmək çox tezdir. Hətta idman müəllimləri belə “1 ilə sən hələ formalaşmağa başlayacaqsan” deyirlər. Nə tez aldananıq...

Mövzudan çox kənara çıxmayaq, sadəcə bəhanələrə görə detallara varmaq zərurəti yarandı.

Buna görə də işçisinin bacarığından çox mənəvi xüsusiyyəti daha önəmlidir. İstedadını ortaya qoymaq istəməyən insanla çalışıb vuruşaraq nailiyyət əldə edən insan arasında çox böyük fərq var. Ağzını açmayıb, mızıldayaraq danışan insanla fikrini normal şəkildə ifadə edən, yaxud etməyə cəhd göstərən insan arasında böyük fərq var. Məsələ xarakter məsələsidir. Xarakteri formalaşdırmaq da olar, itirmək də.

İçi nifrətlə dolu olan, deyingən, üzündən çox zaman zəhrimar yağan insanlar – onlar işində də bu xüsusiyyətlərini əks etdirəcəklər.

İş yerində insanların nizam-intizamı, çalışqanlığı, çalışmağa cəhdi bacarıqlı xudbinlikdən daha faydalıdır. Tərbiyə öncə gəlməlidir. Əxlaq, dəyər belə nəsnələrlə ölçülür. Yeri gəlmişkən, əlindən heç nə gəlməyib lovğalıq edənlərin sayı da az deyil.

İş həyatının böyük hissəsini eyni müəssisədə keçirənin dilindən “özümü onsuz da bu sahədə görmürəm” bəhanəsini yəqin ki, çoxları eşidib. Eşitməmisinizsə, o mübarəklərlə bir gün mütləq qarşılaşacaqsınız.

Konfutsi yaxşı deyib: “Harada olursansa ol, etdiyini ən yaxşı şəkildə et”. Gərək insan üstündə nəzarət olmadan da işinin haqqını verə...

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

Böyük Britaniya iri bulud xidməti şirkətlərini maliyyə nəzarətinə götürür

11.07.2026

Uğur nədir? Dünyaca məşhur 9 şəxsin uğur haqqında fikirləri

11.07.2026

İnvestorların bilməli olduğu Uorren Baffetin 3 qızıl qaydası

11.07.2026

Effektiv şəbəkələşmə: Bu 10 səhvdən uzaq durun

11.07.2026

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

11.07.2026

Polşa Mərkəzi Bankı inflyasiyanın hədəf diapazonunda qalacağını gözləyir

11.07.2026

“Bitcoin”in qiyməti 64 min dolları ötüb

11.07.2026

Milli valyutada uzunmüddətli kreditlər: ilk 5 iqtisadi rayon

11.07.2026

Dünya bazarlarında neft ucuzlaşıb

11.07.2026

İlk “Milli Kosmik İnkubasiya” layihəsinin “Demo Day” tədbirində 7 startap təqdim olunub

11.07.2026

“SoftBank” və “PayPay” şirkətləri “Seven & i”də iri pay almağı nəzərdən keçirir

11.07.2026

Azərbaycanın xarici dövlət borcu 8% azalıb

11.07.2026
Ev təmirində yaşadığı çətinlikdən 4 milyard dollarlıq şirkət qurdu

Ev təmirində yaşadığı çətinlikdən 4 milyard dollarlıq şirkət qurdu

11.07.2026

"Netflix" 24/7 yayımlanacaq canlı TV kanalları yaratmağa hazırlaşır

10.07.2026

Hindistandan smartfon istehsalında yeni mərhələ

10.07.2026

İlon Mask və Ceff Bezos bu qaydaya əməl edir: "Dörd ocaq gözü" nədir?

10.07.2026

İqtisadi Şuranın iclası keçirilib- Nəyi müzakirə etdilər?

10.07.2026

DSK: Azərbaycan iqtisadiyyatı 1 %-ə yaxın böyüyüb

10.07.2026

Kompüter satışları azalır, gəlirlər isə artır: Səbəb nədir?

10.07.2026

500-dən çox startapa investisiya edən investor təsisçilərin ən böyük səhvini açıqladı

10.07.2026

Məzənnə

Yüklənir...