Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

Redaktor

23.01.2026 14:00
47

Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

Vətəndaş bildirir ki, valideynləri boşandığı zaman özünün 16 yaşı və qardaşının 6 yaşı olduğuna görə aliment hüququna malik olub. Lakin həmin dövrdə ata yalnız 3 ay aliment ödəyib, daha sonra isə rəsmi işi olmadığı və qanunların o vaxt sert olmaması səbəbi ilə ödəniş həyata keçirilməyib. Hazırda isə ailənin bütün üzvləri böyüyüb və işləyirlər. Xanım atasının onların bu gün işlədiyi yer, qazancı və digər məlumatlarla maraqlandığını öyrənib.

Sual yaranır ki, aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

Valyuta.az-a danışan Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova bildirdi ki, əgər yetkinlik yaşına çatmış övlad 18 yaşına qədər atasının ona baxmadığını, qayğı göstərmədiyini, maddi yardım və digər mənəvi dəstəyi təmin etmədiyini sübut edə bilisə, o zaman bu hallar məhkəməyə təqdim edilə bilər:

"Məhkəmə təqdim olunan sübutları obyektiv şəkildə qiymətləndirir və qanunvericiliyə əsasən qərar qəbul edir. Belə hallarda məhkəmə iddianın rədd olunması barədə qərar çıxara bilər. Bu məsələ Əmək Məcəlləsinin 82-ci maddəsində öz əksini tapıb. Qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olan övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərinə baxmaq və onları saxlamaqla bağlı hüquqi öhdəlik daşıyırlar. Amma məhkəmə müəyyən etsə ki, valideyn, məsələn, ata, vaxtilə öz valideynlik borcunu yerinə yetirməyib – yəni övladına baxmayıb, onu tərk edib və ya aliment ödəməkdən yayınaraq valideynlik məsuliyyətini pozubsa – bu halda övladlar həmin valideyni saxlamaqdan azad edilə bilərlər. Bu hallar qanunda açıq şəkildə nəzərdə tutulur. Bundan əlavə, əgər valideyn məhkəmə qərarı ilə valideynlik hüququndan məhrum edilibsə, o zaman həmin şəxsə aliment ödənilmir".

Mayya Hüseynova

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®

23.01.2026

“Mews” 300 milyon dollar investisiya alıb

23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma

İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ

23.01.2026

Dövlət Agentliyi: Azərbaycanın almaz ticarəti aparması mümkün deyil

23.01.2026

Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

23.01.2026

Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam

23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

23.01.2026

Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?

23.01.2026

İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

23.01.2026

Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR

23.01.2026

Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək

23.01.2026

Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir

23.01.2026

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

23.01.2026

Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib

23.01.2026

Bu şəxslərin təhsil haqlarını dövlət ödəyəcək - Deputat açıqladı

23.01.2026

Azərbaycanda qanunvericiliyi pozan məşhur şirkətlər- ADLAR

23.01.2026

6 milyonluq yeyintidə təqsirli bilinən rəisin cəzası azaldıldı

23.01.2026

Məzənnə

Yüklənir...