Redaktor
Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB
Son günlər "Temu" sifarişlərində yubanma müşahidə olunur. Belə ki, əvvəllər 1 həftəyə çatdırılan məhsullar, artıq daha gec çatdırılır. Şirkətin müştəri xidmətinə müraciət etdikdə bildirilir ki, bu Azərbaycanın tətbiq etdiyi yeni gömrük qaydaları ilə bağlıdır.
"Temu"dan verilən cavaba görə Azərbaycanın yerli gömrük orqanlarının yoxlama prosedurlarında edilən dəyişikliklər səbəbindən ölkəyə daxil olan bütün bağlamaların gömrükdən keçmə müddəti uzanıb. Şirkət bildirir ki, bu səbəbdən bəzi sifarişlərdə gecikmələr müşahidə olunur və bu hal beynəlxalq daşınma prosesində zaman-zaman baş verə bilən adi vəziyyət kimi qiymətləndirilir.
Valyuta.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az Dövlət Gömrük Komitəsinə rəsmi sorğu ünvanlayıb.
Komitədən sorğumuza cavab olaraq bildirilib ki, "Temu"nun təqdim etdiyi məlumatlar aidiyyəti qurumlar tərəfindən araşdırılıb. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, hazırda gömrük sahəsində hər hansı yeni qayda və ya siyasət dəyişikliyi qüvvəyə minməyib. Mövcud prosedurlar əvvəlki qaydada davam etdirilir və istifadəçilər üçün əlavə məhdudiyyətlər tətbiq olunmayıb. Bağlamaların yoxlanılması prosesi qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir və təhlükəsizlik, eləcə də nəzarət mexanizmləri dəyişməz olaraq qalır.
Qeyd edək ki, əvvəlki dövrlərdə bağlamalar gömrüyə çatdığı gün ərzində, adətən axşam saatlarına qədər karqo şirkətlərinə təhvil verilirdi.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı
10.03.2026Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir
10.03.2026Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb
10.03.2026"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat
10.03.2026Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası
10.03.2026Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı - Fotolar
10.03.2026Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…
10.03.2026Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
10.03.2026Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?
10.03.2026“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib
10.03.2026Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı
10.03.2026C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb
10.03.2026Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur
10.03.2026Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib
10.03.2026Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı
10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar
10.03.2026SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır
10.03.2026