Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə  12 mindən çox ağac əkilib

Redaktor

23.01.2026 15:25
59

Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri Trendyol “PAŞA Holding”lə birlikdə ölkə ərazisində həyata keçirdiyi genişmiqyaslı ağacəkmə kampaniyasının ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Bu təşəbbüs hər iki şirkətin iqlim dəyişikliyinin təsirlərinin azaldılması və ətraf mühitin qorunması istiqamətində davamlı fəaliyyətinin bir hissəsidir. Layihə çərçivəsində ötən il ərzində respublikanın bir sıra bölgələrində ardıcıl şəkildə yaşıllaşdırma işləri aparılıb. Kampaniyanın birinci mərhələsində Göygöl rayonu və Bakının Müşfiqabad qəsəbəsində 5500 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

İkinci mərhələdə isə, Bərdə, Ağcabədi, Zaqatala, Zərdab və Ağdaş rayonlarında aparılan meşəbərpa işləri çərçivəsində 3 hektardan böyük ərazidə, Lerik rayonunda 1.2 hektar, Qax və Quba rayonlarında  ümumilikdə 2 hektar sahədə  yaşıllaşdırma işləri davam etdirilib.

Sonrakı mərhələdə Şəmkir, Xaçmaz, Sabirabad, Şabran, Lerik, Masallı, Qax, Tovuz, Yevlax, Şirvan, Şabran, Xaçmaz, İsmayıllı,  Zaqatala, Ağcabədi, Goranboy, Masallı, Qubadlı, Daşkəsən və Qəbələ rayonlarında aparılan meşəbərpa tədbirləri nəticəsində 8 hektar ərazidə 3000-nə yaxın ağac əkilib.

Sabirabad, Ağcabədi, Daşkəsən, Qobustan, Lerik, Astara, Zaqatala, Şəki, Şəmkir, Tovuz Oğuz, Quba, Gədəbəy, Lənkəran, Şəmkir, Göygöl, Ağcabədi rayonlarında aparılan yaşıllaşdırma tədbirləri  isə 5 hektardan çox ərazini əhatə edib.

Beləliklə, Trendyol və PAŞA “Holding”in təşəbbüsü və EcoHub Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyinin icraçı tərəfdaşlığı ilə, kampaniya çərçivəsində ümumilikdə, 20 hektara yaxın ərazidə 12.500 ağac əkilib. 

Ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə Trendyol və “PAŞA Holding”in korporativ sosial məsuliyyət strategiyasının bir hissəsini təşkil edir.

Trendyol fəaliyyət göstərdiyi ölkələrdə “Birlikdə Transformasiya” şüarı altında sosial və ekoloji təsiri artıran təşəbbüsləri dəstəkləyir, daha yaşıl, ədalətli və rəqəmsal gələcək qurmaq üçün fəaliyyətini davam etdirir. 

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®

23.01.2026

“Mews” 300 milyon dollar investisiya alıb

23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma

İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ

23.01.2026

Azərbaycanda almaz ticarətinin aparılması üçün tədbirlər görülür

23.01.2026

Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

23.01.2026

Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam

23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

23.01.2026

Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?

23.01.2026

İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

23.01.2026

Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR

23.01.2026

Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək

23.01.2026

Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir

23.01.2026

Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

23.01.2026
29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

29 ölkədə Mərkəzi Bankları qadınlar idarə edir

23.01.2026

Azərbaycan xaricdən 117 milyon dollarlıq ət gətirib

23.01.2026

Məzənnə

Yüklənir...