Azərbaycanda almaz ticarətinin aparılması üçün tədbirlər görülür

Redaktor

23.01.2026 14:15
124

Azərbaycanda almaz ticarətinin aparılması üçün tədbirlər görülür

Azərbaycan Kimberli prosesinə üzv olmadığı üçün ölkəmizin almaz ticarətini həyata keçirməsi mümkün deyil.

Valyuta.az "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin müşaviri İlqar Həsənov bildirib.

O xatırladıb ki, Kimberli prosesi 1990-cı illərin sonlarında Afrikada, xüsusilə Syerra-Leone, Anqola və Konqoda silahlı münaqişələrin maliyyələşdirilməsində istifadə olunan, "münaqişə almazları" və yaxud "qanlı almazlar" kimi tanınan emal edilməmiş almazların qeyri-qanuni ticarətinə qarşı beynəlxalq cavab tədbiri kimi formalaşıb: "Proses 60 iştirakçıdan ibarət olmaqla 86 üzv dövləti təmsil edir. Onun əsas tələblərindən biri də üzv dövlətlərin qeyri-üzv dövlətlərlə almaz ticarətinin qadağan edilməsidir. Ölkəmiz Kimberli prosesinə üzv olmadığı üçün almaz ticarəti aparması qeyri-mümkün sayılır. Bu mexanizm üç əsas prinsip üzrə fəaliyyət göstərir: ​Sertifikatlaşdırma, ​İzlənəbilənlik və ​Hesabatlılıq".

Xatırladaq ki, Prezident İlham Əliyev ötən il fevralın 25-də Azərbaycanın "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməli idi:

- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- emal edilməmiş almazın ixracı ilə əlaqədar "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;

- emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nə uyğunlaşdırılması;

- sərəncamda qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;

- emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili;

Bundan başqa, Nazirlər Kabineti dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməli, "Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi"nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməli idi.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Mart ayında Avropada hara isti olur? - Turistlər üçün 4 günəşli məkan

23.01.2026

"OpenAI" "ChatGPT"dən kənar fəaliyyətdən 1 milyarddan çox gəlir əldə edib

23.01.2026

ATB-nin İdarə Heyətinə yeni sədr müavini təyin edildi

23.01.2026

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

23.01.2026

“Azərsilah” Müdafiə Sənayesi Holdinqində yeni TƏYİNAT

23.01.2026

"Rabitəbank" ASC açıq tender elan edir ®

23.01.2026

Azər Süleymanov Baş İdarənin rəisi vəzifəsindən azad olundu

23.01.2026

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

23.01.2026

Mərkəzi Banka məxsus əmlaklar satışa çıxarılır

23.01.2026

Temu sifarişləri niyə gecikir? - Rəsmi CAVAB

23.01.2026

Trendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®

23.01.2026

“Mews” 300 milyon dollar investisiya alıb

23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma

İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ

23.01.2026

Azərbaycanda almaz ticarətinin aparılması üçün tədbirlər görülür

23.01.2026

Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?

23.01.2026

Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam

23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər

23.01.2026

Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?

23.01.2026

İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

23.01.2026

Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR

23.01.2026

Məzənnə

Yüklənir...