Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

Redaktor

23.01.2026 17:03
1,967

Mühafizə xidmətləri üzrə ardıcıl dörd tenderi uddu

"TİİM" MMC dörd dövlət səhiyyə müəssisəsi tərəfindən keçirilən mühafizə xidmətlərinin satınalınması üzrə tenderlərin qalibi olub.

Valyuta.az xəbər verir ki, şirkətin qalib gəldiyi tenderlər üzrə ümumi məbləğ 332 min 791,57 manat təşkil edir.

Belə ki,"TİİM" MMC Quba Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən mühafizə xərclərinin satınalınması tenderi üzrə 93.900,59 manat dəyərində müqavilə bağlayıb.

Bundan əlavə, Şirvan Şəhər Onkoloji Xəstəxanası üçün mühafizə xidmətinin satınalınması tenderinin qalibi olan şirkət bu müqavilə üzrə 74.000,28 manat gəlir əldə edəcək.

Şirkət həmçinin Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən mühafizə xidməti tenderini də udub. Bu satınalmanın dəyəri 93.900,57 manat təşkil edir.

Eyni zamanda, Qazax Rayon Psixiatriya Xəstəxanası üçün nəzərdə tutulan mühafizə xidmətinin satınalınması tenderi üzrə bağlanan müqavilənin məbləği 70.990,09 manat olub.

Açıq mənbələrdə yer alan məlumata əsasən, "TİİM" MMC 3 iyun 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə İlham Manafov Sabir oğludur.

Mənbələrə əsasən, qeyd edək ki, TƏBİB və Səhiyyə Nazirliyinin elan etdiyi bu kimi tenderlərin qalibi çox vaxt məhz "TİİM" MMC olur.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...