İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

Redaktor

23.01.2026 16:20
151

İlon Mask gələn il "Optimus" robotunu bazara çıxaracaq

"Tesla"nın qurucusu və baş icraçı direktoru İlon Mask, şirkətin insansı robotu "Optimus"un gələn ilin sonuna qədər bazara çıxarılmasının planlaşdırıldığını bildirib.

Valyuta.az xəbər verir ki, Mask bu açıqlamanı Dünya İqtisadi Forumu çərçivəsində Davosda keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Optimus robotları artıq "Tesla" fabrikalarında bəzi sadə və təkrarlanan işləri yerinə yetirməyə başlayıb. Lakin bu iddiaları təsdiqləyən müstəqil sübutlar hələlik ictimaiyyətə təqdim olunmayıb.

Qeyd edək ki, daha əvvəl "Optimus"un nümayiş olunduğu bəzi təqdimatlarda robotların uzaqdan insan operatorlar tərəfindən idarə edildiyi iddiaları gündəmə gəlmişdi. Elon Mask isə bildirib ki, "Optimus" yalnız yüksək təhlükəsizlik, etibarlılıq və funksionallıq səviyyəsinə çatdıqdan sonra satışa çıxarılacaq.

Açıqlamadan sonra "Tesla" şirkətinin səhmlərində artım müşahidə olunub. Mask eyni zamanda sükan və pedal olmadan dizayn edilmiş, iki nəfərlik "Cybercab" modelinin aprel ayında istehsala başlayacağını və illik istehsal həcminin 2 milyon ədədə çatdırılmasının hədəfləndiyini də açıqlayıb. Lakin "Optimus" və "Cybercab" layihələrinin hansı mərhələdə və hansı miqyasda reallaşacağı ilə bağlı əlavə detallar paylaşılmayıb.

Xatırladaq ki, "Optimus" təxminən 1,7 metr boyunda və 56 kiloqram çəkidə insansı robot kimi dizayn edilib. "Tesla" bu robotu əsasən monoton, təkrarlanan və riskli işlərin icrası üçün hazırlayır. Adını “Transformers” seriyasındakı "Optimus Prime" obrazından alan robot ilk dəfə 2021-ci ildə “Tesla Bot” adı ilə ictimaiyyətə təqdim olunub.

Sərvanə Rəmixanova

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

10 gündə 40 mindən çox amerikalı Yaxın Şərqdən qaçdı

10.03.2026

Ekspert: 2026 pul qazanmaq deyil, puluna sahib çıxmaq ilidir

10.03.2026

Ev alanlara geri ödənilən ƏDV-nin həcmi açıqlanıb

10.03.2026

"Google" rəhbəri səssizcə milyarder oldu: 7 qat artım üçün böyük mükafat

10.03.2026

Mark Kubanın 5 ən yaxşı passiv gəlir ideyası

10.03.2026

Bu energetik içkilərdə təhlükəli maddə aşkarlandı  - Fotolar

10.03.2026

Süni intellektin qaranlıq üzü: Qapı qonşunuz bir məlumat mərkəzi olsa…

10.03.2026

Gəncənin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib

10.03.2026

Təcrübəçinin yazdığı kod dünya çempionunu necə məğlub etdi?

10.03.2026

“Anthropic” ABŞ Müdafiə Nazirliyini məhkəməyə verib

10.03.2026

Nazirlik şadlıq sarayının fəaliyyətini dayandırdı

10.03.2026

C.Bezosun keçmiş həyat yoldaşı 26 milyard vəsait bağışlayıb

10.03.2026

Yaxın Şərqdəki müharibə avroya zərbə vurur: İnvestorlar dollara üz tutur

10.03.2026

Prezident ödənilməyən cərimənin ilk növbədə məhkumun maaşından tutulmasını təsdiqləyib

10.03.2026

Özbəkistanın “fintech” şirkətinin dəyəri 2,3 milyard dollara çatdı

10.03.2026
2026-cı il üçün Bakıda ən yaxşı startaplar

2026-cı il üçün Bakıda ən yaxşı startaplar

10.03.2026

SOCAR Xəzərdə daha bir yataqda tədqiqata başlayır

10.03.2026
"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur"

"Bankların əmanətlərdən gəliri müştərilərdən daha çox olur" - Bank eksperti

10.03.2026

“Azərişıq” barəsində rəqabət qanunvericiliyinin pozulması ilə bağlı iş açılıb

10.03.2026

"InvestAz"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

10.03.2026

Məzənnə

Yüklənir...