İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

Redaktor

23.01.2026 13:00
538

İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər

Kiçik kapitalizasiya (small-cap) səhmləri, bazar dəyəri adətən bir neçə yüz milyon dollardan bir neçə milyard dollara qədər olan, birjada ticarət edilən şirkətləri təmsil edir. Bu şirkətlər çox vaxt inkişaf dövrünün erkən mərhələsində olur və gəlir və mənfəət artdıqda əhəmiyyətli qazanc potensialı yaradır.

Eyni zamanda, bu səhmlər böyük və oturuşmuş şirkətlərlə müqayisədə daha dəyişkən olur. Gəlir hesabatları, iqtisadi göstəricilər və ya kredit şərtlərindəki dəyişikliklərə kəskin reaksiya verə bilərlər. Buna görə də, kiçik kapitalizasiya səhmləri adətən əsas portfelyə tamamlayıcı kimi əlavə olunur, əsas strategiya kimi deyil.

Niyə investorlar kiçik kapitalizasiya səhmlərinə maraq göstərirlər?

Tarixən bu səhmlər böyük kapitalizasiya səhmlərindən daha yüksək uzunmüddətli gəlir potensialı təqdim edib, lakin bununla yanaşı, dəyişkənlik də yüksək olub. Sent-Luis Federal Ehtiyat Bankının araşdırmalarına əsasən, "ölçü üstünlüyü" (size premium) adlı fenomen var – kiçik şirkətlər uzun dövrlər ərzində daha yüksək orta gəlirlər verib, lakin daha dərin enişlər yaşayıblar.

Bundan əlavə, kiçik-cap şirkətlər adətən gəlirlərinin daha çoxunu daxili bazarlardan əldə edirlər.

Ən yaxşı kiçik kapitalizasiya səhmləri

"Etsy" (ETSY)

"Handmade", vintage və unikal məhsullara fokuslanan onlayn marketplace-dir. Şirkət məlumatlarına görə, gəlirlər aktiv alıcı artımı və satıcı xidmətlərinin mənimsənilməsi ilə artır. İstehlakçı xərcləmələrindəki dəyişikliklər səhmin dəyişkənliyinə səbəb ola bilər, lakin platformanın niş mövqeyi onu digər böyük e-ticarət nəhənglərindən fərqləndirir.

"Crocs" (CROX)

Brendin yenilənməsi ilə gəlir və mənfəət artımı qeydə alınıb. Güclü sərbəst pul axını borcun azaldılmasına və yenidən investisiyaya imkan yaradır. Tələbat dövri olduğu üçün səhmin qiyməti istehlakçı əhval-ruhiyyəsinə və pərakəndə şəraitə həssasdır.

"Five Below" (FIVE)

Aşağı qiymətli məhsullara üstünlük verən istehlakçılara yönəlib və mağaza şəbəkəsi sürətlə genişlənir. Şirkət məlumatlarına görə, inkişaf əsasən yeni mağaza açılışları ilə təmin olunur. Genişlənmənin sürəti və stok idarəçiliyi əsas risklərdəndir.

"Planet Fitness" (PLNT)

Franchise modeli ilə işləyən şirkət, əsasən abunəliklər və lisenziya gəlirləri əldə edir. İllik hesabatlarda, üzvlük artımı və yeni idman zallarının açılması əsas faktorlar kimi qeyd olunur. Gəlirlər istehlakçı xərcləmə meyllərindən asılıdır.

"ShockWave Medical" (SWAV)

Ürək-damar xəstəliklərinin müalicəsi üçün cihazlar hazırlayır. Gəlir artımı həkimlərin texnologiyanı mənimsəmə səviyyəsi və prosedur həcmi ilə bağlıdır. Digər tibbi texnologiya şirkətləri kimi, səhmin qiyməti klinik nəticələrə və qiymətləndirmələrə bağlı olaraq dəyişə bilər.

"Sprouts Farmers Market" (SFM)

Təbii və orqanik ərzaq məhsulları təklif edir. Tələbat daha sabit və müdafiə yönümlüdür. Şirkətin hesabatlarına əsasən, mağaza satışlarında sabit artım müşahidə olunur və özəl etiketli məhsullar bu artımı dəstəkləyir. Rəqabət və mənfəət marjı təzyiq altında qala bilər.

Kiçik-cap səhmlərə investisiya etməyin riskləri:

İqtisadi durğunluq və ya kredit şərtlərinin sərtləşdiyi dövrlərdə bu şirkətlərin səhmləri zəif performans göstərə bilər. Federal Ehtiyat qeyd edir ki, kiçik şirkətlər faiz artımına və kredit şərtlərinə böyük korporasiyalardan daha həssasdır.

Likvidlik riski də önəmlidir – aşağı ticarət həcmi bazar təzyiqi zamanı mövqeləri bağlamağı çətinləşdirə bilər.

Portfelyə necə daxil edilə bilər?

Bir çox investorlar kiçik-cap səhmləri portfelə əlavə gəlir potensialı yaratmaq üçün istifadə edirlər. "Vanguard"ın araşdırmalarına görə, uzunmüddətli gəlirlər əsasən aktiv bölgüsündən (asset allocation) asılıdır, bu da kiçik-cap səhmlərin miqdarının doğru müəyyən olunmasının vacibliyini göstərir.

Sənaye və investisiya üslubları üzrə diversifikasiya riskin azaldılmasına kömək edir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Ən çox satılan 5 albom

11.03.2026

IEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq

11.03.2026

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

11.03.2026

Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir

11.03.2026

Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq

11.03.2026

İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır

11.03.2026

İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər

11.03.2026

Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır

11.03.2026

İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib

11.03.2026
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Məzənnə

Yüklənir...