Redaktor
Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
ABŞ və İsrailin hücumlarından sonra alış-veriş və turizm məqsədilə Türkiyənin Van şəhərinə gələn iranlıların böyük əksəriyyəti ölkələrinə qayıdıb.
Valuta.az xəbər verir ki, Vanda uzun illər otelçiliklə məşğul olan Yunus Yüksəlin sözlərinə görə, keçən il Novruz bayramı dövründə otellər tam dolu olub, lakin bu il doluluq göstəriciləri 10%-ə qədər düşüb.
Vanın Saray rayonunda yerləşən Kapıköy Sərhəd Keçid məntəqəsində Türkiyə və digər ölkələrdə yaşayan iranlılar öz ölkələrinə qayıdır, eyni zamanda İran vətəndaşları da digər ölkələrdən evlərinə dönür. Keçən il Novruz dövründə otellərin tam dolu olduğu qeyd edilərkən, bu il rezervasiyaların ləğv olunduğu və otellərin böyük ölçüdə boş qaldığı bildirilir.

İranlı turistlərin rezervasiya etməməsinin səbəbini açıqlayan Yunus Yüksəl bildirib ki, ABŞ və İsrailin İrana qarşı hücumları şəhərdə turizm və ticarətə ciddi təsir göstərib: "Keçmiş illərdə bu mövsümdə rezervasiyalar tam dolu olurdu. Keçən il 777 mindən çox turist Vana gəlmişdi, bu il isə təxminən 1 milyon turist gözləyirdik. Lakin savaş səbəbindən İranlılar rezervasiya etmədi".
Novruz bayramı ərəfəsində hər il iranlı turistlərin 14 günlük tur üçün rezervasiya etdiyini deyən Yüksəl qeyd edib: "Bu il isə heç bir rezervasiya almadıq. Van otellərinin doluluq səviyyəsi hazırda 5-10% arasındadır. Əgər savaş davam edərsə, bu rəqəmləri də görə bilməyəcəyimizi düşünürəm. Hazırda gələnlər isə xaricdə yaşayan İranlılardır; bir gecə qalıb ölkələrinə qayıdırlar".

Yüksəl həmçinin əlavə edib ki, bu il turizm mövsümü zəif keçəcək: "Savaş bitsə belə, turizm sektoru çətinlik çəkəcək, çünki bizim valyutamız İran valyutasına qarşı təxminən 4 dəfə dəyər qazanıb. Bu, iranlıların alıcılıq qabiliyyətini azaldır. Vandakı tacirlər əsasən iranlı turistlər üzərində işləyirdilər, satışlar ciddi şəkildə azalacaq".
Van turizminin ciddi zərbə aldığını vurğulayan Yüksəl bildirib: "Bəzi otellər bağlanıb, bəzi biznes sahibləri fəaliyyətini dəyişib. Açılması planlaşdırılan otellər isə artıq açılmır. Əsas gəlir mənbəyimiz İranlı turistlər idi, türk turist sayı çox azdır. Bu vəziyyət yalnız otelləri deyil, geyim və qida sektorunu da mənfi təsir edəcək".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?
11.03.2026Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır
11.03.2026Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”
11.03.2026Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?
11.03.2026“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür
11.03.2026"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb
11.03.2026Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi
11.03.2026Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür
11.03.2026Şirkətin xətasını aşkarladı - 30 000 qazandı
11.03.2026Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb
11.03.2026"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb
11.03.2026"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi
11.03.2026Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı
11.03.2026Mövzu: AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®
11.03.2026İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI
11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ
11.03.2026Sabah 13 dərəcə isti olacaq
11.03.2026“ADA” Universitetinin tenderi ləğv edildi
11.03.2026Daha 8 startap vergidən azad olundu
11.03.2026