Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

Redaktor

11.03.2026 15:02
38

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

Tərkibinə YouTube platformasının da daxil olduğu Google şirkətinin Azərbaycana yanaşması ümumi qlobal yanaşmaya uyğundur. Bunun əsas səbəbi Azərbaycanda Google şirkətinin ofisinin olmamasıdır.

Valyuta.az "Modern.az"a istinadən xəbər verir ki, Elvin Abbasov - Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri bildirib.

Onun sözlərinə görə, qonşu Türkiyədə Google şirkətinin ofisinin açılması həmin ölkə hökumətinin təşəbbüsü ilə baş verib:

"Azərbaycanda isə Google-un faktiki olaraq mövcud olması şirkət üçün sərfəli hesab edilmir. Çünki Azərbaycan seqmenti cəmi 10 milyon insanı əhatə edir və bu da dünya bazarı miqyasında çox az sayılır".

Elvin Abbasov qeyd edib ki, şirkətin konkret ölkəyə individual yanaşması üçün həmin ölkədə rəsmi ofisinin olması, eləcə də qanuni fəaliyyət göstərərək vergi ödəməsi vacibdir.

O bildirib ki, əvvəllər MDB ölkələri Moskvada yerləşən ofis vasitəsilə müəyyən dəstək ala bilirdi. Lakin Rusiya–Ukrayna müharibəsi səbəbilə ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində Google Moskva ofisini tərk edib. Hazırda region ölkələrinə dəstək əsasən onlayn formatda göstərilir:

"Google-un Azərbaycanda ofisinin açılması yerli kontent yaradıcılarının gəlirlərinin ciddi şəkildə artacağı anlamına gəlmir. Bu məsələdə əsas amil ofisin mövcudluğu deyil, dünya bazarında auditoriyanın çəkisidir".

Elvin Abbasov bildirib ki, Avropa və ABŞ - də fəaliyyət göstərən "youtuberlər" Azərbaycan "youtuberləri" ilə müqayisədə eyni həcmdə fəaliyyət göstərsələr belə, 5–10 dəfə daha çox gəlir əldə edirlər.

O qeyd edib ki, yaxın gələcəkdə Google şirkətinin Azərbaycanda fəaliyyətə başlaması real fikir deyil.

Qeyd edək ki, dünyanın ən böyük video platformalarından biri olan "YouTube"da baxış sayına görə əldə edilən gəlir bütün ölkələr üçün eyni deyil. Platformada kontent yaradıcılara ödənilən məbləğ əsasən izləyicilərin yerləşdiyi ölkədən və həmin ölkədəki reklam bazarının səviyyəsindən asılı olaraq dəyişir.

Həmçinin "YouTube" videoya baxış sayına görə birbaşa ödəniş etmir. Platformada əsas qazanc videolarda yerləşdirilən reklamlardan əldə olunur. Başqa sözlə, kontent yaradıcıları videolarına görə deyil, həmin videolar zamanı istifadəçilərə göstərilən reklamlardan gəlir əldə edirlər.

Platforma həmin gəlirin təxminən 55 faizini kontent müəllifinə, 45 faizini isə özünə saxlayır. 

Gəlir, əsasən, CPM (Cost Per Mille) və RPM (Revenue Per Mille) sistemləri ilə hesablanır. CPM – reklam verənin 1000 reklam baxışı üçün ödədiyi məbləği, RPM isə 1000 ümumi baxışdan kontent müəllifinə düşən real gəliri ifadə edir.

Platformada ödəniş məbləğinin ölkələrə görə fərqli olmasının əsas səbəbi reklam bazarlarının inkişaf səviyyəsidir. Məsələn, ABŞ, Kanada və Böyük Britaniya kimi ölkələrdə reklam bazarı böyük olduğu üçün reklamverənlər daha yüksək büdcə ayırır. Bu səbəbdən həmin ölkələrdən gələn baxışlara görə YouTube-da gəlir daha çox olur.

Təxmini hesablamalara görə, ABŞ, Kanada və Böyük Britaniyada 1000 baxış üçün reklam gəliri orta hesabla 8–25 dollar, Almaniya və Skandinaviya ölkələrində 6–20 dollar civarında dəyişir. Türkiyədə bu göstərici təxminən 1–5 dollar, Azərbaycan və region ölkələrində isə adətən 0,5–2 dollar arasında olur. Hindistan və bəzi Asiya və Afrika ölkələrində isə bu məbləğ daha aşağı aralıqda dəyişə bilər.

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

11.03.2026

"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb

11.03.2026

"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi

11.03.2026

Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı

11.03.2026

AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®

11.03.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI

11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

11.03.2026

Sabah 13 dərəcə isti olacaq

11.03.2026

“ADA” Universitetinin tenderi ləğv edildi

11.03.2026

Məzənnə

Yüklənir...