“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

Redaktor

11.03.2026 14:52
101

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

"8 Noyabr" prospektində "Nargilə" dairəsi istiqamətində yerləşən köhnə dəmir yolu relslərinin sökülməsi ilə bağlı işlər aparılır. Ərazi müvəqqəti hasara alınıb, ərazidə xüsusi texnika fəaliyyət göstərir və bəzi hissələrdə relslər artıq tamamilə demontaj edilib.

Valyuta.az "Milli.Az"a istinadən xəbər verir ki, məlumata görə, bu işlər paytaxtda yeni kanalizasiya kollektorunun tikintisi ilə bağlı həyata keçirilir. Kollektorun keçəcəyi marşrut köhnə sənaye infrastrukturunun yerləşdiyi sahələrdən keçdiyi üçün həmin obyektlər mərhələli şəkildə sökülür.

Ərazidə çalışan işçilərin sözlərinə əsasən, burada yeraltı kollektor xətti müasir texnologiya ilə inşa olunur.

"8 Noyabr" prospekti boyunca görünən relslər vaxtilə neft sənayesinə xidmət edən sənaye dəmir yolu xəttinin qollarından biri olub.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən söküntü işləri Sahil kollektorunun tikintisi çərçivəsində aparılır. Layihə "Dəniz Mall" ərazisindən başlayaraq "Nargilə" kafesinin yaxınlığında yerləşən mövcud nasos stansiyasına qədər davam edir və mikrotunel üsulu ilə tikilir. Təxminən 9,8 kilometr uzunluğa malik olan kollektor 2000 millimetr diametrli dəmir-beton borulardan ibarətdir və onun böyük hissəsinin tikintisi artıq başa çatdırılıb. Layihənin 2028-ci ildə tam yekunlaşdırılması planlaşdırılır. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

Mərkəzi bank rəhbərləri ən çox hansı peşələrdən gəlir?

11.03.2026

Cəbrayılda 7 milyon manatlıq tikinti işləri görüləcək

11.03.2026

Bakının mərkəzində söküntü - ərazidə nə tikiləcək?

11.03.2026

Dollar mövqeyini itirir: İranla müharibədə qeyri-müəyyənlik bazarları sarsıdır

11.03.2026

Tanınmış investor Arthur Heys: “Hazırda Bitcoin almazdım”

11.03.2026

Azərbaycanlı "youtuber"lər niyə həmkarlarından az qazanır?

11.03.2026

“Dəniz Mall”dan “Nargilə”yə qədər böyük layihə - Paytaxtda relslər sökülür

11.03.2026

"Zeytun" aptek dərman vasitələrini qoyulan qiymətdən baha satıb

11.03.2026

Hərbi qulluqçuların maaşlarında dəyişiklik təsdiqləndi

11.03.2026

Türk lirəsi dördqat dəyər qazandı, otellər boş qaldı - İranlılar ölkələrinə dönür

11.03.2026

Şirkətin xətasını aşkarladı - 30 000 qazandı

11.03.2026

Azərbaycana gətirilən süd və qaymağın qiyməti bahalaşıb

11.03.2026

"Meta" “Moltbook” sosial şəbəkəsini satın alıb

11.03.2026

"Bazarstore" məhsulları üzərində göstərilən qiymətdən daha baha satıb - Protokol tərtib edildi

11.03.2026

Dünyanın ən varlı 10 qadın milyarderinin sərvəti - Fotolar/Siyahı

11.03.2026

AFB Bank-dan Sahibkarlara Böyük Dəstək – 200 000 AZN-dək Mikro və Aqro Kredit İmkanı! ®

11.03.2026

İcbari avtosığorta üzrə ən pis xidmət bu 3 şirkətə məxsusdur - SİYAHI

11.03.2026
İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

İnvestisiya şirkətlərinin səhm dövriyyəsinin həcmi üzrə RENKİNQİ

11.03.2026

Sabah 13 dərəcə isti olacaq

11.03.2026

“ADA” Universitetinin tenderi ləğv edildi

11.03.2026

Məzənnə

Yüklənir...