Redaktor
Daha 8 startap vergidən azad olundu
"Startap" şəhadətnaməsi almaq üçün KOB subyektlərindən İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daha 11 müraciət daxil olub.
Valyuta.az KOBİA-ya istinadən xəbər verir ki, müraciətlərə Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 8-nə "Startap" şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 263-a çatıb.
"Startap" şəhadətnamələri "İmza İdea Lab" MMC-nin süni intellekt əsaslı hədiyyə axtarışı və satışı platforması, "Baysart" MMC-nin qızılın alqı-satqısı və saxlanması üçün rəqəmsal platforma, "NM Soft" MMC-nin bulud əsaslı rəqəmsal klinika idarəetmə sistemi, "SALAMXPERT" MMC-nin süni intellekt əsaslı müəssisə resursları planlaşdırılması platforması, "AL Digital" MMC-nin qızıl və zərgərlik məhsulları üçün onlayn marketpleys, "TTC Service" MMC-nin "VmV App" brendi altında VPN servis xidməti, "Narchin" MMC-nin rəqəmsal yük daşıma platforması, "RR Company" MMC-nin onlayn hüquq xidmətləri üçün mobil tətbiq layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi

Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər
Əyləncədən rituala: Rəngarəng pinyatanın qlobal səyahəti və gizli kökləri
21.06.2026"Bitcoin" niyə ucuzlaşır?
21.06.2026Ölkəmizdə keçiriləcək Biznes Liderləri Zirvəsinə son 3 gün qaldı!
21.06.2026Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
21.06.202612 yaşlı qul uşağı vanilin 300 illik sirrini necə açdı?
21.06.2026Məqsədlərə çatmağın sadə addımları
20.06.2026Kartof ixracından əldə olunan gəlir 8 milyon dollar azalıb
20.06.2026Satış hədəflərinə çatmağa və artımı sürətləndirməyə kömək edəcək 5 məlumat əsaslı strategiya
20.06.2026Ən uğurlu iş mühitləri hansılardır?
20.06.20262026-cı ildə ailələr üçün ən sərfəli 14 yeni avtomobil açıqlanıb
20.06.2026Azərbaycana gətirilən ətin qiyməti bahalaşıb
20.06.2026Bütün varlı və uğurlu insanların gizli vərdişləri
20.06.2026Swatch-un ən bahalı saatları
20.06.2026Əmtəə bazarlarında qızıl və digər qiymətli metallar ucuzlaşıb
20.06.2026İş yerində dərhal aradan qaldırmalı olduğunuz 5 pis vərdiş
20.06.2026Yaponiya 2040-cı ilədək 2,3 trilyon dollar investisiya cəlb etməyi planlaşdırır
20.06.2026Azərbaycan nefti bahalaşıb
20.06.2026Dünya üzrə kinoteatrlarda ən çox gəlir gətirən 10 aktyor
20.06.2026