Redaktor
İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) yaxınlığı ilə tanınan “Tasnim” Xəbər Agentliyi ABŞ mənşəli və İsrail əlaqəsi olduğu qeyd olunan texnologiya şirkətlərinin ofislərini əhatə edən bir siyahı yayımlayıb.
Valyuta.az-ın məlumatına görə, xəbərdə qeyd olunur ki, hərbi məqsədlər üçün istifadə edildiyi iddia olunan texnologiyalar səbəbindən bu nöqtələr “İranın yeni hədəfləri” hesab olunur.
Siyahıda "Google", "Microsoft", "Palantir", IBM, "Nvidia" və "Oracle" kimi texnologiya nəhənglərinin ofisləri və infrastruktur obyektləri yer alıb. Qeyd edilib ki, bu obyektlər yalnız İsraildə deyil, bəzi Körfəz ölkələrində də mövcuddur.
"Al Jazeera"nın verdiyi məlumata görə, yayımlanan metndə regional müharibənin “infrastruktur müharibəsinə” çevrildiyi vurğulanır. Mətndə qeyd olunur: "Regional müharibənin həcmi infrastruktura doğru genişləndikcə, İranın qanuni hədəflərinin əhatəsi də genişlənir".
İran ordusu həmçinin ölkədə bir bankanın hədəf alındığını açıqlayıb. İran mediası ABŞ və İsrailin gecə saatlarında Tehrandakı bankı vurduğunu və əməkdaşların həyatını itirdiyini xəbər verib. Bunun ardınca İran ordusu ABŞ və İsrailə aid iqtisadi hədəflərə qarşı misillemə əməliyyatları həyata keçirə biləcəyini bildirib.
Hatemül Enbiya Mərkəzi Qərargahı sözçüsü İbrahim Zülfikari deyib: "Düşmən, ABŞ və Sionist rejimə aid iqtisadi mərkəzləri və bankları hədəf almamız üçün bizə sahə açdı".
Paşa Məmmədli
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərIEA ölkələri strateji ehtiyatlardan bazara 400 milyon barel neft çıxaracaq
11.03.2026İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
11.03.2026Texnologiya nəhəngləri elektrik şəbəkəsinin yanlış idarə edildiyini deyir
11.03.2026Prezident İlham Əliyev: Biz külək və günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq
11.03.2026İranın "hədəf" siyahısı genişlənir: Texnologiya nəhəngləri və banklar da siyahıdadır
11.03.2026İlham Əliyev Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxış edirlər
11.03.2026Bu şirkət itmiş hava limanı baqajını alıb yenidən satır
11.03.2026İlham Əliyevin Antonio Koşta ilə təkbətək görüşü keçirilib
11.03.2026