Redaktor
Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?
"Acun Medya"nın baş koordinatoru və televiziya proqramçısı Esat Yontunç dünən İstanbul Hava Limanında saxlanılıb.
Valyuta.az xəbər verir ki, Acun Ilıcalının həm yaxın dostu, həm də uzun illərdir əməkdaşlıq etdiyi Yontunç, bu gün ifadə vermək üçün prokurorluğa göndərilib.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan və məşhurları əhatə edən narkotik istintaqı çərçivəsində, ölkə xaricində olduğu müəyyən edilən "Acun Medya"nın baş koordinatoru Esat Yontunç barəsində axtarış qərarı çıxarılıb. "Survivor" proqramının çəkilişləri üçün Dominikdə olan Yontunç dünən Türkiyəyə dönüb və hava limanında saxlanılıb.
Gecəni Polis İdarəsində keçirən Yontunç, məhkəmə-tibbi ekspertizaya aparılaraq orada qan və saç nümunələri verdikdən sonra prokurorluğa ifadə vermək üçün məhkəməyə göndərilib.
Televiziya proqramçısı və media meneceri olan Esat Yontunç uzun illərdir ki, Türkiyədə televiziya sahəsində fəaliyyət göstərir. O, "Acun Medya"nın qurucusu və rəhbəri Acun Ilıcalının həm yaxın dostu, həm də iş ortağı kimi tanınır.
Acun Ilıcalı ilə əməkdaşlığı
Esat Yontunç, 2000-ci illərin əvvəllərindən bəri Acun Ilıcalı ilə birlikdə işləyir. Onların əməkdaşlığı Acun Ilıcalının ATV kanalında çalışdığı dövrlərə - "Acun Firarda" proqramının yayımlandığı illərə təsadüf edir. Bu əməkdaşlıq illər ərzində inkişaf edərək "Acun Medya"nın yaradılmasına və Türkiyədə reytinqli TV layihələrinin ərsəyə gəlməsinə səbəb olub.
Yontunç, "Acun Medya"da baş koordinator vəzifəsini icra edir və "Survivor", "O Ses Türkiye", "Yetenek Sizsiniz Türkiye" kimi populyar proqramların hazırlanmasında əsas rollardan birini oynayıb. O, həm çəkilişlərdə texniki və yaradıcı işlərin koordinasiyasına nəzarət edir, həm də layihələrin beynəlxalq səviyyədə uyğunlaşdırılmasında iştirak edir.
Mayya Hüseynova
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTrendyol və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib ®
23.01.2026“Mews” 300 milyon dollar investisiya alıb
23.01.2026
İnvestisiya qoyuluşunda 209 milyonluq azalma - Sahələr/ Məbləğ
23.01.2026Dövlət Agentliyi: Azərbaycanın almaz ticarəti aparması mümkün deyil
23.01.2026Aliment verməyən ata qocalanda uşaqlarından aliment ala bilər?
23.01.2026Uzaqdan iş tapmaq istəyənlərin diqqət etməli olduğu 8 məqam
23.01.2026
Şirkətlər “Bank VTB Azərbaycan”dan 17 milyon manatdan çox depozitlərini geri götürüblər
23.01.2026Acun Ilıcalının iş ortağı saxlanılıb - O, kimdir?
23.01.2026İnvestisiya üçün cəlbedici ən yaxşı kiçik səhmlər
23.01.2026Leyla Səfərova Metropolitendəki vəzifəsindən çıxarıldı - YENİ TƏYİNATLAR
23.01.2026Etibarlı liman bahalaşır - Qızılın dəyəri 10 min manatı ötəcək
23.01.2026Bu üsulla qadınlar səhər işə hazırlığa az vaxt sərf edir
23.01.2026Sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
23.01.2026