Redaktor
Sığorta şirkətləri qəza yerinə niyə getmir? - Ekspert izah etdi
Bir çox vətəndaş sığorta hadisəsi baş verdikdən sonra şirkət nümayəndəsinin hadisə yerinə gəlməsini gözləyir. Lakin sığorta sektorunda tətbiq olunan mövcud yanaşma bunun hər zaman zəruri olmadığını göstərir.
Valyuta.az-a müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin icraçı direktorunun müavini Turanə Axundova bildirib ki, bir çox müştəri hesab edir ki, sığorta hadisəsi baş verən kimi şirkət nümayəndəsi hadisə yerinə gəlməlidir: "Lakin dünya təcrübəsində bu yanaşma artıq geniş tətbiq edilmir. Yol-nəqliyyat hadisəsi zamanı Dövlət Yol Polisi hadisəni rəsmiləşdirərək protokol tərtib edirsə, bu sənəd sığorta şirkəti üçün əsas hüquqi baza hesab olunur. Bu halda sığorta şirkətinin ayrıca hadisə yerinə gəlməsi əlavə vaxt itkisinə səbəb olur”.
T.Axundovanın sözlərinə görə, müasir sığorta təcrübəsində əsas məqsəd zərərin operativ şəkildə qiymətləndirilməsi və ödəniş prosesinin sürətləndirilməsidir: "Bu səbəbdən bir çox hallarda hadisə ilə bağlı rəsmi sənədlər və təqdim olunan materiallar sığorta hadisəsinin araşdırılması üçün kifayət edir".
DAHA ƏTRAFLI BURADA:
“İnsanlar düşünür ki, hadisə baş verən kimi sığorta şirkəti ödəniş etməlidir” - Müsahibə
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərKabellərə əlvida: Lazer şüaları ilə fasiləsiz enerji ötürülməsi
05.06.2026"Meta" səbəbini izah etmədən hesabları bağlayır: Müstəqil şuradan sərt tənqid
05.06.2026"Microsoft"un yeni kvant çipi mübahisə yaratdı: Qubit ömrü 1000 dəfə artır
05.06.2026Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 540 milyon avroluq güzəştli kredit ayıracaq
05.06.2026Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb
05.06.2026Ucuz telefon almaq arzusu bitdi
05.06.2026“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB
05.06.2026Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir
05.06.2026Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir
05.06.2026"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb
05.06.2026"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib
05.06.2026"App Store" üzərindən satışlar 1,4 trilyon dolları keçib
05.06.2026"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək
05.06.2026Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib
05.06.2026Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür
05.06.2026Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub
05.06.2026