Redaktor
"Rossmann Azerbaijan"a yeni marketinq direktoru təyin edildi
"Rossmann Azerbaijan" şirkətinin Marketinq direktoru vəzifəsinə təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifəyə Saday Əliverdiyev gətirilib.
Qeyd edək ki, S.Əliverdiyev 2023-cü ilin noyabr ayından etibarən "Bravo Technologies" şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsində çalışır.
O, bundan əvvəl "RAM Holding"də Kommersiya və Korporativ İnkişaf üzrə rəhbər, "Gobustone AAC" şirkətində Marketinq üzrə baş direktor (CMO), "SR Group Co"da Qrup üzrə Marketinq və Analitika direktoru, "ADO-G Group of Companies"də Satış və Marketinq direktoru, eləcə də "Group Motors LTD"də Biznesin İnkişafı, Marketinq və Satış üzrə rəhbər vəzifələrində fəaliyyət göstərib.
2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) marketinq ixtisası üzrə bakalavr təhsili alıb. O, ingilis və rus dillərini bilir.
Mayya Hüseynova