Redaktor
Rabitəbankdan 33 illik yubileyinə özəl - Nağd pul krediti kampaniyası ®
Rabitəbank fəaliyyətinin 33-cü ilini müştəriləri üçün xüsusi kampaniya ilə qeyd edir. Bank yubiley münasibətilə Nağd pul krediti üzrə kredit faizinə 3%+3%, ümumilikdə isə 6%-dək endirim imkanı təqdim edir.
33 il ərzində milyonlarla müştərinin etibarını qazanan Rabitəbank bu əlamətdar tarixi müştəriləri ilə birlikdə qeyd edərək onların maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağı hədəfləyir. Kampaniya çərçivəsində təqdim olunan üstünlüklər müştərilərə planlarını daha rahat reallaşdırmaq, gözlənilməz xərclərini qarşılamaq və maliyyə imkanlarını daha əlverişli şərtlərlə genişləndirmək imkanı yaradır.
Kampaniya çərçivəsində müştərilər 50 000 AZN-dək məbləğdə, 59 ayadək müddətə Nağd pul krediti əldə edərək kredit faizinə 3%+3%, ümumilikdə isə 6%-dək endirim fürsətindən yararlana bilərlər. Kampaniya 10 iyul 2026-cı il tarixinədək davam edəcək.
Kampaniya haqqında daha ətraflı məlumat əldə etmək üçün Rabitəbankın rəsmi internet səhifəsinə daxil ola, 133 Çağrı Mərkəzi ilə əlaqə saxlaya və ya bankın istənilən filialına müraciət edə bilərsiniz.
Onlayn kredit müraciəti ilə prosesi daha da sadələşdirmək mümkündür: https://rbt.az/33-il
Müştəri məmnuniyyətini fəaliyyətinin əsas prioritetlərindən biri hesab edən Rabitəbank 33 il ərzində etibarlı tərəfdaş olaraq fərdi və biznes müştərilərinə innovativ maliyyə həlləri təqdim edib. Bank bundan sonra da rahat bankçılıq təcrübəsini inkişaf etdirərək müştərilərinə daha sərfəli məhsul və xidmətlər təqdim etməyə davam edəcək.
Məlumat üçün bildirək ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərAzərbaycan Biznesinin İnkişafı Fondunun avtomobilləri hərraca çıxarılır - QİYMƏTLƏR
07.07.2026İlon Maskın "xAI" şirkəti fəaliyyətini "SpaceXAI" kimi davam etdirəcək
07.07.2026"Samsung"un mənfəəti 19 dəfə artsa da, səhmləri ucuzlaşıb
07.07.2026
Silikon Vadisində fəaliyyət göstərən investor Ülvi Rəşid Bakıda startaplar üçün seminar keçdi
07.07.2026Son bir ildə "Rabitəbank" müştərilərinə ən çox hansı kreditləri verib?
07.07.2026"Bitcoin" mədənçiliyi şirkəti "Anthropic" ilə 20 illik müqavilə bağladı
07.07.2026
Bank kreditini başqa şirkətə sata bilərmi?
07.07.2026Səhiyyə nazirinə yeni müavin təyin edildi - FOTO
07.07.2026Peter Brandt: "Bitcoin"lərimin bir hissəsini satıb qızıl almağı düşünürəm"
07.07.2026Sığorta ödənişlərinin 92%-i cəmi 5 şirkətin payına düşüb
07.07.2026