Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi

Redaktor

12.12.2025 21:41
336

Qərb icmalçıları 2025-ci ilin ən yaxşı beş smartfonunu seçdi

“Gizmochina” ekspertləri qlobal bazarda mövcud olan modelləri nəzərə alaraq 2025-ci ilin ən yaxşı beş smartfonunun reytinqini tərtib ediblər.

Valyuta.az xəbər verir ki, smartfon istehsalçıları bu il eksperimental funksiyalardan imtina edərək əsas istifadəçi texnologiyalarına – kamera imkanlarının yaxşılaşdırılmasına, avtonomluğun artırılmasına və cihazdaxili ağıllı alqoritmlərin inteqrasiyasına diqqət yetiriblər. Nəticədə son illərin ən düşünülmüş flaqman modelləri istehsal olunub.

"iPhone 17 Pro Max" 

İcmalçılara görə, 2025-ci ildə “Apple” "iPhone" modelini mükəmməlləşdirib. "iPhone 17 Pro Max" bazarın ən güclü çipi sayılan "A19 Pro" ilə təchiz olunub, möhkəm alüminium korpusa və 8 qat böyütmə imkanlı təkmilləşdirilmiş üçlü kameraya sahibdir. Avtonom iş müddəti rekord səviyyədə – 39 saata yüksəlib, buxar kameraları isə qızma və performansın azalmasının (throttling) qarşısını alır.

"Galaxy S25 Ultra"

Koreyalı istehsalçı süni intellektə əsas diqqət yetirib və bu yanaşma özünü doğruldub. "Call Transcript", təkmilləşdirilmiş "Circle to Search" və "Now Bar" kimi funksiyalar smartfonu tamhüquqlu iş alətinə çevirir. Əsas texniki göstəricilər də yüksəkdir: “Snapdragon 8 Elite” çipi, 200 MP kamera və 7 il yenilənmə dəstəyi.

"OnePlus 15"

Bazarın ən texnoloji inkişaf etmiş smartfonlarından biri hesab edilir. 165 Hz AMOLED ekran, 7300 mA/saat tutumlu akkumulyator, 120 Vt sürətli naqilli enerji yığma, “Snapdragon 8 Gen 5 Elite” çipseti və 5731 mm² sahəyə malik böyük buxar kamerası ilə seçilir.

"Pixel 10 Pro XL"

"Google" ənənəvi olaraq proqram təminatına üstünlük verir və "Pixel 10 Pro XL" bu fəlsəfənin zirvəsi sayılır. "Tensor G5" prosessoru rekord güclü olmasa da, süni intellekt tapşırıqlarının öhdəsindən əla gəlir. Onun kamerası isə bazarın ən yaxşılarından biri hesab olunur.

"Oppo Find X9 Pro"

İlin ən yaxşı kamera telefonu seçilib. Bunun əsas səbəbi “Hasselblad” tərəfindən hazırlanan 200 MP telefoto moduludur. Bundan əlavə, cihaz 7500 mA/saat tutumlu akkumulyatora, IP69 müdafiəsinə və 3600 nit parlaqlığa malik ekrana sahibdir.

Qeyd edək ki, tanınmış texnobloqçu MKBHD də bu il özünün 10 ən sevimli smartfonunun siyahısını açıqlamışdı. Əsas nominasiyada – “İlin smartfonu” – baza modeli "iPhone 17" qalib gəlib, ən yaxşı kamera telefonu isə "iPhone 17 Pro Max" deyil, Çin istehsalı olan başqa bir flaqman olub.

Paşa Məmmədli

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər
Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

Xarici valyutada ən baha kreditlərin verildiyi 10 İQTİSADİ RAYON

13.01.2026

Daha 9 startap vergidən azad olundu

13.01.2026

Nazirliyin 5 milyon ödədiyi minlərlə mal-qara "yoxa çıxıb"

13.01.2026

İşçilərin şikayət etdiyi "Grab Star"ın keçmiş direktoru cərimələndi

13.01.2026

Azərbaycanda lüks avtomobil şirkəti kapitalını 16,5 milyon manat azaldıb

13.01.2026

İlham Əliyev Ağdərənin Çapar kəndində görülmüş işlərlə tanış olub

13.01.2026

İlham Əliyev Ağdərənin Heyvalı kəndində görülmüş işlərlə tanış olub

13.01.2026
Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

Kəşbek pulu kimdən çıxır - bank, mağaza, yoxsa müştəridən?

13.01.2026

Azərbaycanda son 5 ildə nə qədər təbii qaz istehsal olunub?

13.01.2026

Prezident Tərtər və Ağdərəyə səfər etdi

13.01.2026

"Apple" geri addım atdı, yeni "Siri"ni ən böyük rəqibinə etibar etdi

13.01.2026

"Alphabet"in bazar dəyəri 4 trilyon dolları keçdi

13.01.2026

Azərbaycan Turizm Bürosunun sədr müavini işdən çıxıb - YENİ VƏZİFƏ

13.01.2026

Sabah Bakıda sulu qar yağacaq, güclü külək əsəcək

13.01.2026

İlham Əliyev Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib

13.01.2026

Avropa bankları Bakı milyonçusunun pullarını qaytarmır

13.01.2026

İlon Maskın sərvəti ilə nələr almaq olardı?

13.01.2026

“Azercell" bu gündən qiymətləri qaldırdı

13.01.2026

Rektor özünə müşavir təyin etdi - FOTO

13.01.2026
"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə

"CFI Financial İnvestisiya Şirkəti"ndə 2 milyardlıq geriləmə

13.01.2026

Məzənnə

Yüklənir...