Kripto fondlarına 1 milyard dollar daxil olub

Redaktor

02.03.2026 17:50
38

Kripto fondlarına 1 milyard dollar daxil olub

Kriptovalyuta fondları ötən həftəni 1 milyard ABŞ dolları həcmində xalis investisiya ilə başa vurub.

Valyuta.az xəbər verir ki, "CoinShares"in hesabatına görə, bu göstərici son 5 həftədə müşahidə olunan 4 milyard dollarlıq çıxışın ardından bazarda dönüş siqnalı kimi qiymətləndirilir.

Fond axınlarında əsas pay "Bitcoin" (881 milyon dollar) və "Ethereum" (117 milyon dollar) fondlarının payına düşüb. Altcoinlər arasında isə "Solana" 54 milyon dollar ilə lider olub.

Regional bölgüdə ABŞ 957 milyon dollarla ilk sıradadır. Fond şirkətləri arasında isə "BlackRock" (490 milyon dollar) ən çox vəsait cəlb edib.

Bununla belə, həftəsonu başlayan geosiyasi gərginliyin yeni həftədə fond axınlarına necə təsir edəcəyi hələlik qeyri-müəyyəndir.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...