Redaktor
Moped sürənlərdən martın 26-dan sürücülük vəsiqəsi tələb olunacaq
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) moped sürücülərinə müraciət edib.
Valyuta.az xəbər verir ki, müraciətdə bildirilib ki, mart ayının 26-dan etibarən moped idarə etmək üçün "A1" kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət nömrə nişanı tələb olunacaq.
Müraciətdə qeyd olunub:
"Müəyyən edilmiş tarixə az müddət qaldığını nəzərə alaraq, moped idarə etmək istəyən şəxslərə qeydiyyatda olduqları bölgələr üzrə qeydiyyat-imtahan məntəqələrinə əvvəlcədən müraciət etmələri tövsiyə olunur. Bütün prosedurlar vahid qaydada tətbiq olunur və vətəndaşların rahat, səmərəli və bərabər əsaslarla xidmət alması təmin edilir. Moped idarə etmək istəyən şəxslərdən müəyyən olunmuş müddəti nəzərə almaları, qeyd edilən tarixdən etibarən inzibati məsuliyyətə cəlb olunmamaları üçün qanunvericiliyin tələblərinə uyğun olaraq üzərlərinə düşən vəzifələri vaxtında yerinə yetirmələri xahiş olunur".
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərBanklar müştərilərə nə qədər depozit faizi ödəyib?
02.03.2026SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı ®
02.03.2026İranın Hörmüz boğazını bağlaması hansı iqtisadi nəticələrə səbəb ola bilər?
02.03.2026İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı
02.03.2026Məzuniyyət pulu ilə bağlı vacib dəyişiklik - Maaşdan az olmayacaq
02.03.2026Moped sürənlərdən martın 26-dan sürücülük vəsiqəsi tələb olunacaq
02.03.2026Bakıda yeni tikiləcək 9 stansiyanın yerləri məlum oldu
02.03.2026Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
02.03.2026
Peşə Təhsilinin İnkişafı Fondunun çoxmilyonluq tenderlərini udan şirkət kimindir?
02.03.2026BƏƏ ölkədə qalmış turistlərin yaşayış xərclərini qarşılayacaq
02.03.2026Azərbaycan yanvarda Aİ ölkələri ilə 1,8 milyard dollarlıq ticarət aparıb
02.03.2026“Trendyol”da Novruz endirimləri başlayır ®
02.03.2026Gəncədə Cümə məscidində təmir-bərpa işlərinə 1,6 milyon vəsait ayrılıb - SƏRƏNCAM
02.03.2026Azərbaycan vətəndaşları ən çox hansı kartlarla ödəniş edir?
02.03.2026Sement ixracından gələn gəlirlər azaldı - Rəqəmlər
02.03.2026Banklardan kənarda olan nağd pul kütləsi 2 milyard manatdan çox artıb
02.03.2026Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırdı
02.03.2026