“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

Redaktor

13.02.2026 15:10
69

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

Abid Səmədov
    İnsan Resursları üzrə mütəxəssis

Hər gün onlarla namizəd müraciət etdikləri vakansiyalar üzrə və ya ümumi tanışlıq məqsədilə müxtəlif şirkətlər tərəfindən müsahibəyə dəvət olunur. Bu yazıda daha çox iş müsahibələrində ilk dəfə iştirak edən və ya təcrübəsi az olan namizədlərin qarşılaşdıqları çətinliklərdən danışmaq istəyirəm. Çünki bir çox hallarda namizəd şirkətin qapısından içəri daxil olan anda özünü sanki “Cinlər diyarına düşmüş Qərib” kimi hiss edir. Həddindən artıq həyəcan, tərləmə, titrəmə, fikri toparlaya bilməmək kimi hallar başlayır.
Bəzən bu gərginliyin artmasına müsahibəni aparan şəxslərin davranışları da səbəb olur. Amma əvvəlcə namizədlərin özlərinin nələrə diqqət etməli olduğuna baxaq.

Müsahibəyə gedərkən bunları mütləq edin:

Dəqiqləşdirin: Müsahibənin vaxtını, yerini və müsahibəni təyin edən şəxsin ad-soyadını əvvəlcədən öyrənin.

Vaxtında, hətta bir az tez olun: Ən azı 10 dəqiqə əvvəl orada olmağa çalışın. Gecikmə ehtimalı yaranarsa, mütləq əvvəlcədən məlumat verin. Gecikmək ilk təəssüratı mənfi edə bilər.

Hər kəslə nəzakətli olun: Təkcə müsahibə götürən şəxslə deyil, ofisdə qarşılaşdığınız digər əməkdaşlarla da salamlaşın və hörmətlə davranın. İlk rəy çox vaxt elə burada formalaşır.

Bədən dilinizə diqqət edin: Göz qaçırmaq, yerində narahat hərəkət etmək, titrəmək qarşı tərəfdə özünüzə güvənmədiyiniz və ya nəyisə gizlətdiyiniz təəssüratı yarada bilər.

Həyəcan jestlərini minimuma endirin: Barmaqlarla oynamaq, əlləri ovuşdurmaq, saça və üzə tez-tez toxunmaq, dodaq dişləmək kimi hərəkətlər həyəcan siqnallarıdır.

Gülümsəməyi unutmayın: Nə qədər həyəcanlı olsanız belə, səmimi gülümsəmə işə olan həvəsinizi və motivasiyanızı göstərir.

Sualı diqqətlə dinləyin: Müsahibədə heç bir sual təsadüfi verilmir. Hər biri namizədi müəyyən meyarlar üzrə qiymətləndirmək üçündür. Sual aydın deyilsə, təkrar və ya izah istəmək tamamilə normaldır.

Özünüzdə olmayan xüsusiyyətləri deməyin: Reallıqdan uzaq cavablar müsahibə zamanı və ya sonrakı mərhələlərdə mütləq üzə çıxır və bu, etibara zərər verir.

Məşq edin: Özünüzü gərgin hiss edirsinizsə, deyəcəklərinizi əvvəlcədən məşq edin. Bu, özünüzə inamı xeyli artırır.

Hər müsahibədən dərs çıxarın: Sizə verilən sualları və verdiyiniz cavabları qeyd edin. Növbəti müsahibələrdə çox zaman oxşar suallarla qarşılaşacaqsınız.

Siz də sual verin: Müsahibənin sonuna doğru şirkət, komanda və vəzifə ilə bağlı suallar vermək sizin maraqlı və düşünən namizəd olduğunuzu göstərir.

Bir neçə söz də “peşəkar” müsahibə aparanlara…

Bəzən elə mütəxəssislərlə qarşılaşırıq ki, namizəd otağa daxil olan kimi sanki onun “gözünün odunu almağa” çalışırlar.

Əziz mütəxəssislər, unutmayaq:

Namizəd sizin qonağınızdır. Onu mehriban və gülərüz qarşılayın. Rahatlaşması üçün sadə jestlər - səmimi münasibət, çay və ya su təklifi belə böyük fərq yaradır.

Qəribə və ya məqsədsiz suallarla namizədi çətin vəziyyətə salmaq peşəkarlıq göstəricisi deyil. Ola bilər ki, siz bəzi mövzularda ondan daha təcrübəlisiniz - bu artıq vəzifənizin tələbidir.

Müsahibənin sonunda isə sadəcə “Biz sizə məlumat verəcəyik” deyib mövzunu bağlamaq əvəzinə, ən qısa müddətdə real və aydın geribildirim vermək daha etik və peşəkar yanaşmadır.

Unutmayaq ki, namizədlərə münasibətimiz onların gözündə yalnız bizi deyil, təmsil etdiyimiz şirkəti də xarakterizə edir və bu, ictimai rəyin formalaşmasına birbaşa təsir göstərir.

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

13.02.2026

Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb

13.02.2026

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

13.02.2026

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13.02.2026

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

13.02.2026

Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi

13.02.2026

Prezident İlham Əliyev Almaniyada səfərdədir

13.02.2026

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

13.02.2026

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

13.02.2026

Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb

13.02.2026

Rusiya dollara qayıtmaq istəyir: "Bloomberg" detalları açıqladı

13.02.2026

Cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik

13.02.2026

Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

13.02.2026

Süni intellekt çirkliliyi gəncləri təhdid edir

13.02.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb

13.02.2026

Ən varlı 1% sərvətini necə idarə edir?

13.02.2026
“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

13.02.2026

Pensiyaçılara şad xəbər - Artımla birlikdə ödənildi

13.02.2026

Sabahın hava proqnozu

13.02.2026

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi ®

13.02.2026

Məzənnə

Yüklənir...