Redaktor
Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində saxlanılan sabiq icra başçısı Musa Şəkiliyev barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.
Valyuta.az "Report"a istinadən xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının vəsatəti əsasında verilmiş təqdimat əsasında qərar qəbul olunub.
Qeyd edək ki, DTX 2025-ci ilin iyun ayında Qax Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat nəticəsində rayonun icra başçısı Musa Şəkiliyev saxlanılıb. O, qulluq mövqeyindən istifadə etməklə xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə cinayətində ittiham olunur.
Ötən il iyunun 21-də Səbail Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 14 oktyabrda da həbs qətimkan tədbiri 4 ay müddətinə uzadılıb.
Prezident İlham Əliyevin iyunun 21-də imzaladığı Sərəncama əsasən, Musa Şaban oğlu Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərİlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb
13.02.2026Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb
13.02.2026Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu
13.02.2026İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər
13.02.2026Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar
13.02.2026Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi
13.02.2026Prezident İlham Əliyev Almaniyada səfərdədir
13.02.2026“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”
13.02.2026Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı
13.02.2026Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb
13.02.2026Rusiya dollara qayıtmaq istəyir: "Bloomberg" detalları açıqladı
13.02.2026Cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik
13.02.2026Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar
13.02.2026Süni intellekt çirkliliyi gəncləri təhdid edir
13.02.2026Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb
13.02.2026Ən varlı 1% sərvətini necə idarə edir?
13.02.2026