Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

Redaktor

13.02.2026 16:35
83

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

Çinli mühəndis Hovard Huanq humanoid robotlar üçün 3D görmə sensorları istehsal edən “Orbbec” şirkəti ilə milyarderə çevrilib.

Valyuta.az xəbər verir ki, Şençjen əsaslı şirkət robotların ətraf mühiti insan kimi qavramasına imkan verən qabaqcıl 3D kameralar və lidar sensorları hazırlayır. Bu texnologiya 2025-ci ildə Pekində keçirilən Dünya humanoid robot oyunlarında istifadə olunub. Yarışda fərqlənən “X-Humanoid” institutunun robotları məhz “Orbbec” sensorları ilə təchiz edilib.

2013-cü ildə təsis olunan “Orbbec” əvvəlcə 3D skan və biometrik həllər üzərində çalışıb, daha sonra robototexnika sahəsinə yönəlib. Şirkət 2025-ci ilin ilk doqquz ayında 69 milyon yuan xalis mənfəət əldə edib, gəlirləri isə iki dəfədən çox artaraq 714 milyon yuana çatıb. Səhmlərin kəskin bahalaşması nəticəsində şirkətdə 27 faiz paya sahib olan Huanqın sərvəti 1,6 milyard dollar səviyyəsinə yüksəlib.

Şirkətin müştəriləri arasında “Ant Group”un “Alipay” platforması, həmçinin Çin və Cənubi Koreyanın xidmət və sənaye robotları istehsalçıları yer alır. “Orbbec” humanoid robot bazarının sürətlə böyüməsindən faydalanmaq üçün yeni nəsil sensorların hazırlanmasına və istehsal gücünün artırılmasına investisiya yatırır.

Analitiklərin proqnozlarına görə, qlobal humanoid robot bazarı uzunmüddətli perspektivdə trilyonlarla dollar dəyərində ola bilər. Huanq isə süni intellektin inkişafı fonunda robototexnika sahəsinin gələcəyini “ulduzlar və dəniz qədər geniş” qiymətləndirir.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“AFB Bank” yeni kart təqdim etdi - ŞƏRTLƏR, ÜSTÜNLÜKLƏR

13.02.2026

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

13.02.2026

Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb

13.02.2026

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

13.02.2026

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13.02.2026

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

13.02.2026

Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi

13.02.2026

Prezident İlham Əliyev Almaniyada səfərdədir

13.02.2026

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

13.02.2026

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

13.02.2026

Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb

13.02.2026

Rusiya dollara qayıtmaq istəyir: "Bloomberg" detalları açıqladı

13.02.2026

Cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik

13.02.2026

Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

13.02.2026

Süni intellekt çirkliliyi gəncləri təhdid edir

13.02.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb

13.02.2026

Ən varlı 1% sərvətini necə idarə edir?

13.02.2026
“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

13.02.2026

Pensiyaçılara şad xəbər - Artımla birlikdə ödənildi

13.02.2026

Sabahın hava proqnozu

13.02.2026

Məzənnə

Yüklənir...