“AFB Bank” yeni kart təqdim etdi

Redaktor

13.02.2026 17:20
64

“AFB Bank” yeni kart təqdim etdi - ŞƏRTLƏR, ÜSTÜNLÜKLƏR

“AFB Bank” yeni “Mono kart” məhsulunu təqdim edib.

Valyuta.az xəbər verir ki, bankın təqdim etdiyi yeni kart iki variantda - “Sadə” və “Premium” formatında müştərilərə təklif olunur.

“Sadə” kart tamamilə pulsuz təqdim edilir. “Premium” kartı isə balansa minimum 500 manat mədaxil edilməsi şərti ilə əldə etmək mümkündür. Kartın istifadə müddəti 36 ay təşkil edir və müxtəlif valyutalarda təqdim olunur.

Yeni məhsul üzrə əsas üstünlüklərdən biri kart qalığına hesablanan illik gəlirdir. Belə ki, manatla saxlanılan vəsaitə illik 8% gəlir tətbiq olunur. Minimum məbləğ 50 manat müəyyən edilib, maksimal limit isə nəzərdə tutulmayıb. ABŞ dolları ilə saxlanılan vəsaitə isə illik 2,5% gəlir hesablanır.

Kart üzrə keşbek mexanizmi də nəzərdə tutulub. Tərəfdaş şəbəkələr üzrə fərqli faizlər tətbiq olunur. “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən ödənişlərdə daha yüksək keşbek təklif edilir. Aylıq keşbek limiti “Sadə” kart üzrə maksimum 100 manat, “Premium” kart üzrə isə 150 manatdır. Hər bir kateqoriya üzrə aylıq limit “Sadə” kartda 20 manat, “Premium” kartda isə 30 manat müəyyən edilib.

Kart həmçinin komissiyasız əməliyyat imkanları ilə fərqlənir. Kart sahibləri “AFB Bank”ın bankomat və terminalları vasitəsilə karta vəsait mədaxil edərkən komissiya ödəmirlər. İstənilən “Cash-in” aparatında karta məbləğ üzrə məhdudiyyət olmadan vəsait yerləşdirmək mümkündür.

“Mono kart” üzrə aylıq komissiyasız nağdlaşdırma limiti 15 000 manatdır. Bunun 10 000 manatı bankın öz bankomatlarından, 5 000 manatı isə ölkə daxilində digər bankların bankomatlarından nağdlaşdırıla bilər. Aylıq komissiyasız kartdan-karta (card to card) köçürmə limiti 5 000 manat təşkil edir. Digər bankların emissiya etdiyi ödəniş kartlarının və elektron pul kisələrinin balansının artırılması (TOP UP) üzrə aylıq limitsiz məbləğ 1 000 manatdır.

Tariflər ilə daha ətraflı buradan tanış ola bilərsiniz. 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycandan 242,4 milyon dollarlıq alüminium ixrac olunub

13.02.2026

Qazax Dövlət Sosial İqtisad Kollecinin direktoru işdən çıxarılıb

13.02.2026

Açıq meydançaların tikintisinə 1,3 milyon manatdan çox vəsait ayrılıb

13.02.2026

“AFB Bank” yeni kart təqdim etdi - ŞƏRTLƏR, ÜSTÜNLÜKLƏR

13.02.2026

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

13.02.2026

Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb

13.02.2026

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

13.02.2026

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13.02.2026

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

13.02.2026

Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi

13.02.2026

Prezident İlham Əliyev Almaniyada səfərdədir

13.02.2026

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

13.02.2026

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

13.02.2026

Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb

13.02.2026

Rusiya dollara qayıtmaq istəyir: "Bloomberg" detalları açıqladı

13.02.2026

Cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik

13.02.2026

Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

13.02.2026

Süni intellekt çirkliliyi gəncləri təhdid edir

13.02.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb

13.02.2026

Ən varlı 1% sərvətini necə idarə edir?

13.02.2026

Məzənnə

Yüklənir...