Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

Redaktor

13.02.2026 15:42
41

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

Süni intellektin mətn yaratmaq və dil emalı qabiliyyəti kibercinayətkarların əlində “fərdiləşdirilmiş silah”a çevrilib. Artıq fişinq (phishing) hücumları imla səhvləri ilə dolu saxta mesajlardan daha çox, korporativ üsluba tam uyğun və inandırıcı ssenarilərlə qarşımıza çıxır. 

Valyuta.az-ın məlumatına görə, "Kaspersky" şirkətinin son məlumatları göstərir ki, e-poçt təkcə ünsiyyət vasitəsi deyil, həm də kibercinayət aləminin ən səmərəli və mürəkkəb hücum kanalı olaraq qalır.

Kibertəhlükəsizlik qurumu "Kaspersky" 2025-ci ilə dair e-poçt təhlükələri üzrə məlumatları açıqlayıb. Hesabata görə, qlobal e-poçt trafikinın təxminən yarısını (%44,99) spam mesajlar təşkil edir. Fərdi və korporativ istifadəçilərin qarşılaşdığı zərərli e-poçt əlavələrinin sayı əvvəlki illə müqayisədə 15% artaraq 144 milyona çatıb. Türkiyə zərərli e-poçt əlavələrinə ən çox məruz qalan ölkələr arasında 5%-lik payla ön sıralarda yer alıb.

Təhlükəsizlik divarlarını aşmaq üçün istifadə olunan üsullarda nəzərəçarpacaq dəyişiklik müşahidə olunur. Yeni nəsil əsas taktikalara bunlar daxildir:

* QR kodlu fişinq (Quishing): Zərərli keçidlər birbaşa mətnə deyil, PDF fayllarına və ya e-poçt məzmununa yerləşdirilmiş QR kodlara gizlədilir. İstifadəçilər mobil cihazları ilə bu kodları skan etməyə yönləndirilir və bununla da kompüterlərdəki güclü qoruma mexanizmləri kənarlaşdırılır.

* Platforma sui-istifadəsi: "OpenAI" kimi etibarlı platformaların “komandaya dəvət” funksiyalarından istifadə edilərək, istifadəçilərə legitim ünvanlardan saxta bildirişlər göndərilir.

* Çoxkanallı dələduzluq: Hücumlar yalnız e-poçtla məhdudlaşmır. Qurbanlar saxta telefon nömrələrinə zəng etməyə və ya mesajlaşma tətbiqlərinə keçməyə inandırılaraq sosial mühəndislik prosesi daha da dərinləşdirilir.

Generativ süni intellekt fişinq mesajlarını geniş miqyasda və yüksək inandırıcılıqla yaratmağa imkan verir. Onun sözlərinə görə, hər on korporativ hücumdan biri fişinqlə başlayır və mesajların tonu ilə məzmunu hədəflənən şəxsə uyğun şəkildə avtomatik tənzimlənir.

Paşa Məmmədli

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

“AFB Bank” yeni kart təqdim etdi - ŞƏRTLƏR, ÜSTÜNLÜKLƏR

13.02.2026

İlham Əliyev Münxendə İraq Kürdüstan Regionunun başçısı ilə görüşüb

13.02.2026

Elektrikli avtomobil satış platforması 31 milyon dollar investisiya alıb

13.02.2026

Çinli mühəndis robot “gözləri” ilə milyarder oldu

13.02.2026

İKTA: Çindən Azərbaycana bağlama göndərişləri gecikə bilər

13.02.2026

Kibercinayətkarların yeni silahı: Al dəstəkli "şəxsə uyğun" e-poçtlar

13.02.2026

Nazirlik Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinin baş məsləhətçisinə töhmət verdi

13.02.2026

Prezident İlham Əliyev Almaniyada səfərdədir

13.02.2026

“Bəzən iş müsahibəsini aparan şəxslərin davranışları gərginliyi artırır”

13.02.2026

Qaxın sabiq icra başçısının həbs müddəti uzadıldı

13.02.2026

Azərbaycan Çindən 88 min manata yanğınsöndürən alıb

13.02.2026

Rusiya dollara qayıtmaq istəyir: "Bloomberg" detalları açıqladı

13.02.2026

Cərimələrin məcburi tutulması qaydalarında dəyişiklik

13.02.2026

Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

13.02.2026

Süni intellekt çirkliliyi gəncləri təhdid edir

13.02.2026

Mərkəzi Bankın bank və BOKT-lara xalis tələbi 1 mlrd. manatdan çox azalıb

13.02.2026

Ən varlı 1% sərvətini necə idarə edir?

13.02.2026
“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

“Unibank”, yoxsa “Expressbank”: hansı bankın kartları daha sərfəlidir?

13.02.2026

Pensiyaçılara şad xəbər - Artımla birlikdə ödənildi

13.02.2026

Sabahın hava proqnozu

13.02.2026

Məzənnə

Yüklənir...