“Cəsarətli ol” tələsi: uğur hekayələrinin qaranlıq tərəfi
03.02.2026 11:05
1,157

“Cəsarətli ol” tələsi: uğur hekayələrinin qaranlıq tərəfi

Solmaz Əliyeva
Layihə rəhbəri

Bu gün Azərbaycan gəncləri zəhmətkəşdir, lakin zəhmətin biliyə əsaslanması vacib şərtdir. Davamlı zəhmətin arxasında isə motivasiya dayanır: insan ruhdan düşdükdə və həvəssiz qaldıqda, özünü motivasiya etməlidir.

Bəs gənclər motivasiyanı haradan almalıdır? 

Aydındır ki, texnologiya dövründə yaşayırıq və ilk üz tutulan məkan sosial şəbəkələr olur. Son 5–8 il ərzində bu platformalarda motivasiya mövzusunda çıxış edən ekspertlərin sayında artım müşahidə edilir. Müxtəlif mövzularda motivasiya verən geniş auditoriyaya sahib insanlar formalaşıb. Lakin verilən motivasiyalar hansı dəyərlərə əsaslanır və nə dərəcədə effektivdir? Nələri sorğulamalıyıq?

Motivasiyanın əsas məğzini çox zaman insanlar öz uğur hekayələrini bölüşməklə formalaşdırırlar. Uğur isə, əslində, iki hissədən ibarətdir: göstərilən və göstərilməyən tərəf. Göstərilən tərəf əksər hallarda aldadıcı olur, çünki görünməyən və gizli saxlanılan məqamlar haqqında məlumat verilmir. Günümüzdə isə bu cür bəzədilmiş, zahirən parlaq, lakin məzmun etibarilə boş olan uğur hekayələri geniş yayılıb. Bu çıxışlarda bəzən heç bir bilik bazası olmayan, sınaqdan keçməmiş, müxtəlif mənbələrdən toplanmış pafoslu nitqlərlə rastlaşırıq.

Bu kontekstdə “cəsarətli ol” və “risk et” kimi tezislər xüsusilə geniş yayılıb. Lakin bu tip motivasiyaların təsiri ilə emosional qərar verərək borclanıb biznes quran və nəticədə uğursuzluqla qarşılaşan gənclərin sayı az deyil. 

Öz təcrübəmdən konkret bir nümunəni paylaşmaq istəyirəm: şəhərin mərkəzində iki rəfiqəm kofe dükanı açdı, lakin üç ay sonra ciddi maliyyə itkisi ilə fəaliyyətlərini dayandırdılar. 

Diqqət yetirin: cəsarət var, məkan mərkəzdə yerləşir, bütün avadanlıqlar alınmışdı, borc da götürülmüşdü. Nəticədə isə psixoloji cəhətdən çökdülər. Onları cəsarətləndirən motivasiya dolu çıxışlar idi. Həvəsli və zəhmətə hazır idilər. Bəs problem nə idi? Onların bilmədiyi əsas və vacib bir amil vardı: bilik. 

Motivasiya, iddia, investisiya və zəhmət vacibdir, lakin bunların hamısı biliklə dəstəklənmədikdə uğursuzluq qaçılmaz olur.

Məsləhətlərim:

  • Biliyə, təcrübəyə və faktlara əsaslanan şəxsləri dinləyin;
  • Hər hansı bir sahəyə başlamazdan əvvəl həmin yolu keçmiş — həm uğurlu, həm də uğursuz — insanların təcrübələrini müşahidə edin və sadə məntiq əsasında söylənənləri sorğulayın;
  • Motivasiya mənbələrini diqqətlə seçin, deyilənlərlə yanaşı deyilməyənləri də anlamağa çalışın;
  • Məsələn, əgər bir insan maddi baxımdan təminatlı ailədə böyüyübsə, onun “çətinliklərə baxmayaraq mübarizə aparın” mesajı o qədər də obyektiv olmaya bilər;
  • Sadə məntiqə uyğun gəlməyən tövsiyələrə etibar etməyin;
  • Hər hansı bir sahədə çıxış edən şəxsin söylədiklərini özü nə dərəcədə tətbiq etdiyinə diqqət yetirin.
  • Ən əsası isə unutmayın: başqalarında motivasiya axtarmaq olar, lakin hər kəsin uğur formulu fərqlidir.

 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Azərbaycanda xarici turistlərin çəkdikləri xərclər 206 milyondan çox azalıb.

05.06.2026

Ucuz telefon almaq arzusu bitdi 

05.06.2026

“Cərimələnən şəxs hazırda əməkdaşımız deyil” - “K Group”dan açıqlama - YENİLƏNİB

05.06.2026

Provayderlərin Azərbaycanda necə fəaliyyət göstərəcəyi müəyyənləşir

05.06.2026

Azərbaycanda uşaqların sosial şəbəkələrdə qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşir

05.06.2026

"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16% artırıb

05.06.2026

"Tesla" gizli əməliyyat: Köhnə müqavilələrdəki ifadələr dəyişdirilib

05.06.2026

App Store üzərindən satışlar 1,4 trilyon dolları keçib

05.06.2026

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

05.06.2026

Xarici turistlər 4 ayda Azərbaycanda 700 milyon manat xərcləyib

05.06.2026

Azərbaycanda brauzer bazarının 81%-i “Chrome”un payına düşür

05.06.2026

Azərbaycanlı xanım Qətərdə rəhbər vəzifəyə təyin olunub

05.06.2026
"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

"İş yerində elə mühit yaradılmalıdır ki, insanlar özlərini sübut etməyə məcbur qalmasın"

05.06.2026

"Qafqaz-Kredit" BOKT-un aktivləri və kredit portfeli azalıb

05.06.2026

92 yaşlı alim 50 ildən sonra vəzifədən getdi

05.06.2026

Prezident onları təltif etdi - Siyahı

05.06.2026

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi ®

05.06.2026

İlham Əliyev milli komandamıza 1 milyon manat ayırdı

05.06.2026

"Prior Credit" BOKT-un mənfəəti 15%-dən çox artıb

05.06.2026

"Apple" öz qaydasını pozdu: "Siri"nin yeni beyni "Google" və "Nvidia"ya tapşırılır

05.06.2026

Məzənnə

Yüklənir...