Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

Redaktor

13.02.2026 13:55
85

Xaricə səfər edən vətəndaşlar özlərini 5 milyona sığortalayıblar

2025-ci ildə xaricə səfər edən vətəndaşlar üzrə sığorta yığımları 5 milyon 945 min manat təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstərici 2024-cü ildə 5 milyon 579 min manat olub. Beləliklə, illik müqayisədə yığımlar 366 min manat və ya 6,56% artıb.

Hesabat dövründə bu növ üzrə sığorta ödənişləri də yüksəlib. 2025-ci ildə ödənişlərin həcmi 731 min manat təşkil edib. 2024-cü ildə isə bu rəqəm 650 min manat olub.

Nəticədə sığorta ödənişləri illik müqayisədə 81 min manat və ya 12,46% artım göstərib.

Beləliklə, həm yığımlarda, həm də ödənişlərdə artım qeydə alınıb.

Sərvanə Rəmixanova 

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...