Redaktor
İranın Hörmüz boğazını bağlaması hansı iqtisadi nəticələrə səbəb ola bilər?
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda İranın Hörmüz boğazı ətrafında naviqasiya riskləri yaranıb. Bu strateji su yolu qlobal neft və mayeləşdirilmiş qaz ticarətində əsas rol oynayır və dünyada ixrac olunan neftin təxminən 20 %-i məhz buradan keçir. Son günlər ABŞ və İsrailin İranla münaqişəsi nəticəsində gəmilərə Hörmüz boğazından keçməyin qadağan olunmasuna gətirib çıxarıb.
Bəs Hörmüzün neft gəmiləri üçün bağlanmasının hansı iqtisadi təsirləri olacaq?
İqtisadçı Eldəniz Əmirov Valyuta.az-a bildirir ki, mövcud prosesin uzunmüddətli xarakter alacağı gözlənilmir. Ehtimal olunur ki, bir neçə həftə ərzində vəziyyət mərhələli şəkildə yekunlaşacaq:
"Bakı vaxtı ilə saat 18:30-da Nyu-York birjası açıldıqdan sonra bazarlardakı dalğalanmalar daha aydın müşahidə oluna bilər. Xüsusilə fond indekslərində və riskli səhmlərdə eniş ehtimalı mövcuddur. Lakin bu dəyişikliklərin qısamüddətli olacağı gözlənilir. Hörmüz boğazı ətrafında risklər qalmaqdadır. Bununla belə, boğazın uzunmüddətli bağlanması real ssenari hesab edilmir və qlobal neft ixracının tam dayanacağı ehtimalı aşağı qiymətləndirilir. Belə bir addımın atılması İranın əsas tərəfdaşlarından biri olan Çinə də ciddi zərər vura bilər".

"Qısamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün müəyyən mənfi təsirlərin yaranması istisna edilmir. Enerji daşıyıcılarının qiymətinin artması əlavə maliyyə dividendləri formalaşdıra bilər. Digər tərəfdən, inflyasiyanın sürətlənməsi, təchizat zəncirində mümkün qırılmalar və ümumi qeyri-sabitlik region ölkələri, o cümlədən Azərbaycan üçün mənfi nəticələr yarada bilər. Bununla belə, proses başa çatdıqdan bir neçə ay sonra yaranmış mənfi təsirlərin aradan qalxacağı ehtimal olunur. Ümumilikdə, mövcud vəziyyət iqtisadi baxımdan idarəolunan hesab edilir və hazırkı mərhələdə nə regional, nə də qlobal iqtisadiyyatda davamlı böhran gözlənilmir. Daha dərin və struktur təsirlərin isə ən azı bir il sonra, müxtəlif iqtisadi istiqamətlər üzrə özünü göstərə biləcəyi istisna edilmir" - deyə iqtisadçı qeyd edir.
Tənzilə Ağabalayeva
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərEmin Məmmədova "Azər-Türk Bank"da vəzifə verildi
02.03.2026“Tamarind Bio” 13,6 milyon dollar investisiya alıb
02.03.2026Azərbaycan İrandan bu məhsulu 2 manata, Almaniyadan 49 manata alıb
02.03.2026Banklar müştərilərə nə qədər depozit faizi ödəyib?
02.03.2026SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı ®
02.03.2026İranın Hörmüz boğazını bağlaması hansı iqtisadi nəticələrə səbəb ola bilər?
02.03.2026İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı
02.03.2026Məzuniyyət pulu ilə bağlı vacib dəyişiklik - Maaşdan az olmayacaq
02.03.2026Moped sürənlərdən martın 26-dan sürücülük vəsiqəsi tələb olunacaq
02.03.2026Bakıda yeni tikiləcək 9 stansiyanın yerləri məlum oldu
02.03.2026Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
02.03.2026