Redaktor
SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı ®
SİMA-nın “KYC” (Müştərini tanı) rəqəmsal həlli “Bakcell” müştəri xidmətlərində tətbiq olunmağa başlayıb.
Artıq “Bakcell” əməliyyatlarında təhlükəsizlik yoxlaması tələb olunan hallarda müştərilərin şəxsiyyətinin təsdiqi “SİMA KYC”nin üztanıma texnologiyası ilə həyata keçirilir. Bu yenilik sayəsində rəsmi satış nöqtələrində həyata keçirilən nömrə və cihaz satışı, nömrənin addan ada keçirilməsi, eləcə də nömrənin dublikatı xidmətinə dair əməliyyatlar zamanı müştərilərin identifikasiyası rəqəmsal və daha sürətli şəkildə aparılır.
İnteqrasiyanın əsas hədəfi rəqəmsal təhlükəsizliyi gücləndirmək, müştərilərə daha sürətli və etibarlı xidmət təqdim etmək, kağızsız sənəd dövriyyəsi sayəsində xidmət müddətini qısaldaraq müştəri təcrübəsini optimallaşdırmaqdır.
“SİMA KYC” (Know Your Customer – Müştərini tanı) rəqəmsal həlli AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC tərəfindən 2023-cü ildə yaradılıb. Bu həll üz cizgiləri əsasında biometrik identifikasiya apararaq istifadəçinin kimliyini müəyyən edir. “SİMA KYC” şəxsiyyətin təsdiqlənməsi üçün lazım olan bütün proseslərdə istifadə oluna bilər.
Şərhlər
Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlər“Azəriqaz”ın milyonlarla borcu yarandı
02.03.2026Emin Məmmədova "Azər-Türk Bank"da vəzifə verildi
02.03.2026“Tamarind Bio” 13,6 milyon dollar investisiya alıb
02.03.2026Azərbaycan İrandan bu məhsulu 2 manata, Almaniyadan 49 manata alıb
02.03.2026Banklar müştərilərə nə qədər depozit faizi ödəyib?
02.03.2026SİMA ilə “Bakcell”in müştəri xidmətləri rəqəmsallaşdırıldı ®
02.03.2026İranın Hörmüz boğazını bağlaması hansı iqtisadi nəticələrə səbəb ola bilər?
02.03.2026İpoteka kreditləşməsi üçün banklara yeni limitlər ayrıldı
02.03.2026Məzuniyyət pulu ilə bağlı vacib dəyişiklik - Maaşdan az olmayacaq
02.03.2026Moped sürənlərdən martın 26-dan sürücülük vəsiqəsi tələb olunacaq
02.03.2026Bakıda yeni tikiləcək 9 stansiyanın yerləri məlum oldu
02.03.2026Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
02.03.2026