Redaktor
Peşə Təhsilinin İnkişafı Fondunun çoxmilyonluq tenderlərini udan şirkət kimindir?
Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Peşə Təhsilinin İnkişafı Fondu ümumi dəyəri 1 milyon 854 min 370 manat olan iki müqaviləni “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC ilə bağlayıb.
Valyuta.Az-ın verdiyi məlumata görə, hər iki satınalma açıq tender keçirilmədən – “bir mənbə” üsulu ilə reallaşdırılıb.
Söhbət dövlət büdcəsi hesabına maliyyələşən layihələrdən gedir. Müqavilələrdən biri – 1 milyon 135 min 750 manatlıq sənəd – 2022–2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasına uyğun qısamüddətli təlimlərin təşkili ilə bağlıdır. Digər müqavilə isə 718 min 620 manat məbləğindədir və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində peşə hazırlığı kurslarını əhatə edir.
Satınalmaların hər ikisi rəqabət proseduru keçirilmədən həyata keçirilib. “Bir mənbədən” satınalma o deməkdir ki, dövlət qurumu alternativ təklifləri müqayisə etmədən birbaşa seçilmiş şirkətlə müqavilə bağlayır. Qanunvericilik belə imkanı istisna hallarda nəzərdə tutur. Lakin 1,85 milyon manatlıq layihənin hansı əsasla rəqabətsiz icraçıya verildiyi açıq şəkildə izah olunmayıb.
Şirkətin təsisçisi Elm və Təhsil Nazirliyində yüksək vəzifədə çalışır
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” MMC-nin təsisçisi kimi Vüsal Tərlan oğlu Xanlarov göstərilib. Vüsal Xanlarov hazırda Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Baş İnformasiya direktorudur. O, bu vəzifəyə 2018-ci ilin fevralında təyin edilib.

Şirkətin qanuni təmsilçisi, direktoru Emin Əlövsət oğlu Axundovdur.
Sənədlərdə qanuni təmsilçi kimi adı keçən şəxslərdən biri – Samir Qaçay oğlu Məmmədov – hazırda digər nazirliklərin birində yüksək dövlət vəzifəsi tutur. O, 2008–2017-ci illərdə Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi vəzifəsində çalışıb. O, 2022-ci ildən etibarən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinidir.
Onun qardaşı Rəşad Xanlarov isə nazirlikdə Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin müdiridir. Buna qədər isə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru vəzifəsində çalışıb.
Qardaşlar eyni zamanda “VORX” MMC-nin təsisçiləri kimi də qeyd olunurlar.
Beləliklə, milyonluq dövlət sifarişi alan şirkətin təsisçisi eyni nazirlik sistemində yüksək vəzifə daşıyır.
Maraqların toqquşması?
Burada əsas məsələ təkcə “bir mənbə” metodunun seçilməsi deyil. Sual ondadır ki, nazirliyin tabeliyində olan fond necə olur ki, eyni sistemdə çalışan şəxslərlə əlaqəli şirkətə 1,85 milyon manatlıq sifarişi rəqabətsiz qaydada təqdim edir?
Çünki dövlət satınalmalarında yalnız formal qanunilik kifayət etmir – həm də institusional məsafə və real şəffaflıq təmin olunmalıdır.



Köşə yazıları
Xəbər lenti
Bütün xəbərlərTramvay xətləri dövlət mülkiyyətində olacaq
04.06.2026Pay torpaqları birləşdirilir - Azərbaycanda ilk
04.06.2026Mopedlərlə bağlı yeni QAYDA
04.06.2026"Bank Respublika"nın Premium debet kartları neçəyədir? - Qiymətlər və şərtlər
04.06.2026Hesablama Palatasına yeni səlahiyyət verilir
04.06.2026275 namizəd dövlət qulluğunda fəaliyyətini davam etdirmək üçün imtahan verəcək
04.06.2026“AzərGold” son 5 ildə 385,6 milyon manatlıq ixrac həyata keçirib
04.06.2026Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana taxıl və gübrə göndəriləcək
04.06.2026
20 ildir ABŞ-də yaşayan azərbaycanlı süni intellekt mütəxəssisi Bakıda seminar verdi
04.06.2026Bu universitetin Məzun Günü satınalması ləğv edildi
04.06.2026“Azəralüminium” ixrac gəlirlərini 13,4 milyon dollar artırıb
04.06.2026Bakıya giriş-çıxışda dəyişiklik - Qəzalı körpü söküldü
04.06.2026