Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb

Redaktor

02.03.2026 21:35
31

Alma ixracından alınan gəlir 1,3 milyon manat artıb

Azərbaycanın alma ixracı artıb.

Valyuta.az xəbər verir ki, 2026-cı ilin yanvar ayında Azərbaycan 10 min 914,69 ton alma ixrac edib.

2025-ci ilin yanvar ayı ilə müqayisədə ixrac həcmi 209,21 ton və ya 1,95% artıb. Ötən ilin eyni dövründə 10 min 705,48 ton alma ixrac edilmişdi.

Dəyər ifadəsində artım daha yüksək olub. Belə ki, 2025-ci ilin yanvar ayında alma ixracından 6 milyon 858,31 min ABŞ dolları gəlir əldə edilmişdisə, bu ilin eyni ayında göstərici 1 milyon 336,31 min ABŞ dolları və ya 19,48% artaraq 8 milyon 194,62 min ABŞ dollarına çatıb.

Tənzilə Ağabalayeva

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Məzənnə

Yüklənir...